Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Səfir Azər Xudiyevi sifarişlə hədəf seçənlər onun gördüyü müsbət işləri niyə unudurlar?

Səfir Azər Xudiyevi sifarişlə hədəf seçənlər onun gördüyü müsbət işləri niyə unudurlar?

Son vaxtlar bəzi KİV-lərdə Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyəti ilə bağlı qərəzli, həqiqətdən uzaq olan məlumatların yayıldığının şahidi oluruq. Azinforum.az olaraq bizim də Ukraynadakı diaspor təşkilatlarımızın və səfirliyimizin fəaliyyətilə bağlı silsilə araşdırmalarımız olub. İctimaiyyətə məlumdur ki, həmin jurnalist tədqiqatları nəticəsində bir sıra gerçəklikləri ortaya çıxarmışıq. Hazırda da bizə məlumdur ki, Ukraynadakı səfirliyimizlə bağlı KİV-lərdə yayılan neqativ informasiyalar həmin ölkədəki bəzi diaspor rəhbərlərinin maraqlarına qulluq edir və onlara yaxın olan bəzi azərbaycanlı jurnalistlər tərəfindən dövriyəyə buraxılır. Biz indiyə kimi bir neçə dəfə belə “qara piar” cəhdlərini konkret faktlar və dəlillərlə ifşa etmişik və bundan sonra da edəcəyik. Bir faktı da qeyd edək ki, Azər Xudiyevin fəaliyyətinin tənqid edilməsi ilə bağlı bizim saytda da materiallar yayılıb, amma onlar çirkin kampaniyaçılığın tərkib elementi olmayıb, yalnız obyektiv tənqidə əsaslanıb. Bütün bunların fonunda son iki ildə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən dost ölkədə hansı işlərin görüldüyü barədə ətraflı araşdırma apardıq və əldə etdiyimiz konkret faktları oxucularımızla bölüşmək istədik. Biz eyni zamanda obyektiv tənqidə tuş gəlməyən səfir Azər Xudiyevin bundan əvvəl işlədiyi ölkələrdəki səfir fəaliyyətinə və gördüyü işlərə az da olsa nəzər salmaqla, əsl gerçəkliyin ictimaiyyətə düzgün çatdırılmasına çalışdıq.

Məlum oldu ki, bu iki il ərzində Ukraynada Azərbaycanla bağlı bir sıra mədəni layihələr həyata keçirilib. Belə ki , 2017-ci ildə Kiyev şəhərinin mərkəzində Azərbaycan-Ukrayna dostluq parkı açılaraq, yerli sakinlərin ixtiyarına verilib. Ötən il Lvov şəhərindəki 1-saylı Klinik xəstəxananın nəzdində görkəmli aftolmoloq alim, akademik Zərifə Əliyeva adına müasir avadanlıqlarla təchiz olunmuş oftolmoloji mərkəz açılb. Bu ilin iyul ayında Kiyevin əsas mərkəzi küçələrinin kəsişdiyi yerdə Müslüm Moqamayev adına istirahət parkı salınıb. Orada dahi Azərbaycan oğlunun 8 metrlik abidəsi ucaldılıb. İyulun 18-də Azərbaycan və Ukraynanın mədəniyyət nazirlərinin iştirakı ilə həmin parkın təntənəli açılışı olub. Bu il iyunun 22-də Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Ticarət Evinin açılışı olub. Açılış mərasimində hər iki ölkənin İqtisadiyyat nazirləri iştirak edib. Bununla yanaşı, səfirliyimizin təşəbbüsü ilə şəhərin digər mərkəzi parklarından birinə Nizami Gəncəvinin adinın verilməsi ilə bağlı Kiyev Şəhər Meriyası qərar çıxarıb. Yaxın gələcəkdə o parkda Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin inşa olunacağı nəzərdə tutulub . Orada dahi Azərbaycan şairinin abidəsidə ucaldılacaq . Hazırda səfirliyimizin ərazisində diplomatik korpusumuzun əməkdaşları üçün yaşayış binası inşa olunur ki ,bu da gələn ilin sonuna qədər başa çatacaq. Azərbaycanın Ukraynadakı səfirliyi həmçinin ermənilərin son iki əsrdə xalqımıza və torpaqlarımıza qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Belə ki, səfirliyin təşəbbüsü ilə son iki ildə Xocalı soyqrımı ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, Ukraynanın müxtəlif vilayət və şəhərlərinin mərkəzi hissələrində fevral ayının 10-dan sonunadək Xocalıya ədalət biqbordları yerləşdirilmişdir. Bununla yanaşı, Ukraynanın hava limanında ənənəvi olaraq Azərbaycan mədəniyyət günləri təşkil olunur. Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında 2017-ci il may ayının 10-dan başlayaraq Etno-Caz festifalının keçirilməsi milli mənəvi dəyərlərimizin Ukraynada təbliğ olunmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Səfir Azər Xudiyev Moldovada diplomatik nümayəndə işləyərkən də Azərbaycanın təbliği ilə bağlı ciddi işlərin görülməsinə nail ola bilib. O, Kişinyov şəhərinin mərkəzində Nizami Gəncəvi adına parkın salınmasına,və orada dahi Azərbaycan şairinin abidəsinin ucaldılmasına müfəffəq olub . Həmin park 21 aprel 2005-ci il tarixində Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində açılaraq yerli sakinlərin ixtiyarına verilib. Azər Xudiyev ölkəmizin Sloveniyadakı müvəqqəti işlər vəkili olduğu dövrdə də Azərbaycanla bağlı bir sıra mədəni layihələr həyata keçirib. Belə ki ,2015-ci ildə Lyublyana şəhərinin mərkəzində diplomatik nümayəndəliyimiz tərəfindən Nizami Gəncəvinin abidəsinin , 2016-ci ildə isə əfsanəvi partizan Mehdi Hüsüynzadənin abidəsinin ucaldılması tarix boyu Azərbaycanla Slovenya xalqları arasında mədniyyət körpüsü rolunu oynayacaq. Onu da qeyd edək ki, diplomatik nümayəndəliyimizin müraciəti ilə Sloveniya parlamenti 2015-ci ildə Xocalı Soyqrımı ilə bağlı qərar qəbul edib.

Azinforum.az olaraq hesab edirik ki, sağlam tənqid hamı üçün olmalıdır. Ancaq KİV-lərin də borcudur ki, xaricdəki hansısa səfirimizdən hətta sifarişli yazı hazırlayarkən belə, onun gördüyü işlərə də bir nəzər salsınlar. Heç olmasa, bununla az da olsa jurnalistikanın obyektivlik kimi təməl prinsipinə əməl etmiş olarlar.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …