Ana səhifə / Manşet / Səfalət içində yaşayan Şərur- Axaməd kəndindən reportaj + Video

Səfalət içində yaşayan Şərur- Axaməd kəndindən reportaj + Video

Şərurun Axaməd kəndinə yaşayan Məhərrəm kişi tez-tez nəvələrini də götürüb evlərinin yaxınlığındakı kanala gəlir. Deyir, kanaldakı su duzlu olduğundan orda əvvəlki kimi balıq qalmasa da, duzlu-məzəli söhbətlər edə-edə nəvələrinə balıq tutmağı öyrədir. 

Məhərrəm Əliyevin yaşadığı Şərurun Axaməd kəndi İranla sərhəddə yerləşir. Rəsmi rəqəmlərə görə, kəndin 1000-ə yaxın sakini var. Amma yerli camaatın dediyinə görə, burda cəmi 170 evdə yaşayış var. Məhərrəm Əliyevin həyat yoldaşı Səadət Allahverdiyeva deyir ki, işsizlikdən bəziləri Türkiyəyə, bəziləri Naxçıvan şəhərinə, bəziləri də paytaxt Bakıya üz tutub.

Məhərrəm Əliyev danışır ki, əvvəllər İranla sərhəd açıq olanda lazım olan ərzağı ordan ucuz qiymətə alıb gətirərmiş. Beləcə ailəsinin büdcəsinə qənaət edərmiş. Amma artıq 3 ildir ki, quru sərhəd bağlıdır, üstəlik də gömrük rüsumları artıb. Odur ki, indi ailəsini aldığı pensiya və sovetdən qalma maşını ilə dolandırmağa məcburdur:

Axaməddə dolanışıqla yanaşı susuzluq və yolsuzluq da problemdir. Məhərrəm Əliyev deyir ki, bələdiyyəyə şikayət etdikdən sonra kəndin girişinə asfalt çəkilsə də, yaşayış olan əsas məhəllələrdə “köhnə hamam,köhnə tasdır”.

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …