Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Səfərbərlik Xidmətinin yeni rəisi də “Paşa Holdinq”in işçisi olub…

Səfərbərlik Xidmətinin yeni rəisi də “Paşa Holdinq”in işçisi olub…


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.
M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.
O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.
1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb.  Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.
M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub.  2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə  çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.

Bildirək ki, “Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i ölknin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.
Xatırladaq ki, Prezidentin aprelin 14-də kənd təsərrüfatı naziri təyin etdiyi Məcnun Qadir oğlu Məmmədov da 2011-2018-ci illərdə “Paşa Holdinq”ə bağlı olan “PMD Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.
Həmçinin Azərbaycan Prezidentinin bu ilin mart ayında imzaladığı sərəncamla müdafiə sənayesi nazirinə müavin təyin olunan Vüqar Valeh oğlu Mustafayev də 2014-cü ildən etibarən “Paşa Holdinq” MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Prezidentin 09.12.2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin müavini vəzifəsinə təyin olunan Qurbanov Aqil Səlim oğlu da “Paşa Holdinq”də yüksək vəzifələr icra edib.
2021-ci ilin aprel ayında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilən Zaur Rauf oğlu Mikayılov da “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçən bir-sıra şirkətlərin qanuni təmsilçisi olub. O, həmçinin daha əvvəl ölkənin aparıcı supermarketlərindən biri də BRAVO supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC-nin də direktoru olub.

Zaur Mikayılov bu il mart ayının 30-da Prezidentin fərmanı ilə yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə bu Agentliyin tabeliyinə verilib.
Qeyd edək ki, bunlardan başqa “Paşa Holdinq”də yüksək vəzifələr icra etmiş digər şəxslərdən də bəziləri son vaxtlar ölkədə bir sıra yüksək vəzifələrə təyinat alıblar. Qafqazinfo

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …