Bazar ertəsi , May 27 2024
Ana səhifə / Manşet / Şəhidin qardaşı “jurnalist binası müraciəti”nə imza atanlara yerlərini göstərdi

Şəhidin qardaşı “jurnalist binası müraciəti”nə imza atanlara yerlərini göstərdi

“Jurnalistlər adına tikilən binanın şəhid ailələrinə verilməsi üçün imza toplayıb canfəşanlıq, şirinlik edənlərin məqsədi keçmişdə evə görə jurnalistləri bir-birinə düşmən etdikləri kimi, indi də şəhid ailələri ilə jurnalistlərin arasını vurmaqdır ki, şəhid ailələrinin problemlərini işıqlandırmasınlar”.

Azinforum.az xəbər verir ki, bu fikirləri Vətən müharibəsində şəhid olmuş mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu şəxsi “Facebook” səhifəsində yazıb. 

O, daha sonra vurğulayıb: “Belə fədakarlıq edib imza toplayansınızsa, “Atletlər kəndi” illərdir tikilib, bomboşdur. Həmin evlərin şəhid ailələrinə verilməsi üçün müraciət edin. İt ilində bir dəfə yarış olacaq deyə, o qədər mənzil orada niyə boş qalmalıdır? Yarışlara gələn turistlər ölkədəki yüzlərlə oteldə yerləşdirilə bilər”.

Həmçinin oxuyun

Axtarışda olan xanım müğənni qandalsız Azərbaycana döndü -Video

Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər …