Cümə , Fevral 3 2023
Ana səhifə / Manşet / Şəhid Nurəddin Mirzəzadənin ölmü ilə bağlı müəmmalı məqamlar, ailəsinə göstərilən biganə münasibət…

Şəhid Nurəddin Mirzəzadənin ölmü ilə bağlı müəmmalı məqamlar, ailəsinə göstərilən biganə münasibət…

Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu noyabrın 25-də Kəlbəcərin Zar kəndində müəmmalı şəraitdə şəhid olub. Bu günə qədər əsgərin hansı şəraitdə, necə şəhid olması ilə bağlı Müdafiə Nazirliyi konkret, müfəssəl məlumat yaymayıb.

Nazirliyin yaydığı məlumatda əsgərin ehtiyatsızliq üzündən baş verən bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilsə də, əsgər Nurəddin Mirzəzadənin valideyinləri və yaxınları bununla razılaşmırlar. Hərbi hissədən verilən arayışda qeyd edilir ki, əsgər xidməti vəzifəsini yerinə yetirərkən baş verən bədvəxt hadisə zamanı vəfat edib. Əsgərin atası Burhan Mirzəyevdən aldığımız məlumata görə, oğlunun ölümü ilə bağlı hərbi hissənin verdiyi məlumatlar bir-biri ilə uzlaşmır. Çünki xeyli ziddiyətli məqamlar var. Məsələ ondadır ki, Nurəddiin Mirzəzadə nümunəvi əsgər olub. Komandir və zabitlərin ondan şikayəti olmayıb. Sonuncu dəfə atası ilə noyabrın 21-də danışıb və heç bir şikayəti olmayıb. Nə baş veribsə, ondan sonrakı dövrdə cərəyan edib. Əsgərin noyabrın 25-də axşam radələrində quyuya düşdüyü deyilsə də, bunun nə səbəbdən baş verdiyi müəmmalıdır. Əsgərin atasını narahat edən digər məqam şəhidə göstərilən biganəlikdir. Nurəddin Mirzəzadənin dəfn mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələri iştirak etməyib. Bir dəfə maraqlanmayıblar. Bütün xərcləri atası Burhan Mirzəyev çəkib: “Noyabrın 26-da saat 16 radələrində hərbi hissədən telefonuma zəng gəldi ki, guya oğlum qaçıb. Buna sərt şəkildə etiraz etdim. Çünki oğlum vətənpərvər idi. Böyük oğlum müddətdən artıq hərbi qulluqçudur. İkinci Qarabağ Müharibəsində iştirak etdib, müharibə veteranıdır. Müharibənin qızğın çağında Nurəddin balab bayraq alıb evə gətirdi. O üzdən, belə vətənpərvər oğlan niyə hərbi hissədən qaçsın ki?! Sonra axtarış işləri aparılarkən məlum olub ki, oğlum şəhid olub. Heç olmasa bir dəfə zəng edib maraqlanmırlar. Nə Müdafiə Nazirliyi, nə də Suraxanı rayon İcra Hakimiyyəti. Oğlum 19 yaşında hərbi xidmətə gedib. On doqquz il saxladığım oğlumu, bunlar 4 ay qoruya bilmədilər… Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazovla telefonla danışdım. Bütün bu biganəlikləri onun diqqətinə çatdırdım. Ona dedim ki, oğlumun şəhid olduğu ərazi ilə tanış olmaq istəyirəm. Dedi ki, ərizə ilə müraciət elə. Elektron məktubla Müdafiə Nazirliyinin bütün strukturlarına müraciət etmişəm, amma hələ də bir cavab yoxdur. Hansısa kriminal hadisə baş verəndə, sosial problem olanda yerli telekanallar bununla maraqlanır, çəkiliş aparır. Bu günə qədər bir televiziya kanalı belə maraqlanmayıb, araşdırmanın nə yerdə olduğunu soruşmayıb”.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Seymur Talıbov Qarabağ veteranının “sındırılmasına” niyə göstəriş verib? – Video

Şərur rayonu Çomaxtur kənd sakini, Qarabağ müharibəsi veteranı Əhmədov Vaqif adlı şəxs Azinforum.az-a müraciət edərək, …