Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Manşet / Şəhid atası: “Nə oğlumun ölümünə bais olan qatilləri üzə çıxarırlar, nə də vəziyyətimizlə maraqlanırlar”

Şəhid atası: “Nə oğlumun ölümünə bais olan qatilləri üzə çıxarırlar, nə də vəziyyətimizlə maraqlanırlar”

Məlum olduğu kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu noyabrın 25-də Kəlbəcərin Zar kəndində xidməti vəzifəsini yerinə yetirərkən müəmmalı şəraitdə şəhid olub. Hələ də əsgərin hansı şəraitdə, necə şəhid olması ilə bağlı dəqiq məlumat yoxdur. Daha doğrusu Kəlbəcər hərbi prokurorluğunun bununla bağlı araşdırmasının nə yerdə olduğu bəlli deyil. Əldə etdiyimiz məlumata görə, Kəlbəcər hərbi prokurorluğu işi Respublika Hərbi Prokurorluğun baş istintaq idarəsinə verib.

Bu arada şəhid Nurəddin Mirzəzadənin atası Burhan Mirzəyev Azinforum.az-a verdiyi açıqlamasında həm istintaqın gedişindən, həm də digər məsələlərdən öz narazılığını bildirdi: “Artıq 48 gündür oğlum müəmmalı şəraitdə şəhid olub. Ancaq hələ də bununla bağlı aparılan araşdırmadan, onun nəticəsindən bir xəbər, rəsmi açıqlama yoxdur. Onsuz da böyük faciə ilə üzləşmişik. Hansısa istintaq oğlumu geri qaytarmaz, amma heçolmasa günahkarlar ortaya çıxarılsın ki, cavabdeh olanlar məsuliyyətə cəlb edilsin. Bu günlər ərzində bütün əlaqədar qurumlara məktubla müraciət etmişəm, amma nəticə yoxdur. Heçbir əlaqədar qurum bizimlə indiyə qədər maraqlanmır. Nə Suraxanı İcra Hakimiyyəti, nə Müdafiə Nazirliyi. Heç olmasa bir dəfə zəng edib maraqlanmırlar. Oğlum 19 yaşında hərbi xidmətə gedib. Bütün üzür xərcləri, ona məzar daşının ucaldılması öz vəsaitim hesabına olub. Bir dəfə maraqlanmırlar ki, nəyə eytiyacın var. Bu qədər biganəlik, saymamazlıq olmaz axı! Oğlum vətəni qorumağa gedib və özü də kifayət qədər çətin relyef şəraitində, düşmənlə üz-üzə olan bir ərazidə hərbi xidmətdə olub. Məgər bunların heçmi əhəmiyyəti, önəmi yoxdur? Nə oğlumun ölümünə bais olan qatilləri üzə çıxarırlar, nə də vəziyyətimizlə maraqlanırlar”.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Seymur Talıbov Qarabağ veteranının “sındırılmasına” niyə göstəriş verib? – Video

Şərur rayonu Çomaxtur kənd sakini, Qarabağ müharibəsi veteranı Əhmədov Vaqif adlı şəxs Azinforum.az-a müraciət edərək, …