Şənbə , Mart 23 2019
Ana səhifə / Manşet / “Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!” – Xeyrəddin Qoca üsyan etdi…

“Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!” – Xeyrəddin Qoca üsyan etdi…

Sabiq deputat, publisist Xeyrəddin Qoca Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə dünənki görüşündən təsirlənərək, dövlət başçısından səfir vəzifəsini istəyib.

“AzPolitika.info”nun məlumatına görə, X.Qoca “Facebook” vasitəsilə dövlət başçısına belə bir çağırış edib.

“Cənab Prezidentdən mənim də bir xahişim var: Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!…”, – deyə X.Qoca üsyan edib.

xeyreddin qoca status

YAP-ın qurucularından olan X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir. O, uzun illərdir işsizdir.

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …