Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Manşet / Rusiyada 3 uşaq anası olan xanım soydaşımızı siyasi motivlə həbsə göndərirlər – Hanı diaspor, hanı səfirlik?

Rusiyada 3 uşaq anası olan xanım soydaşımızı siyasi motivlə həbsə göndərirlər – Hanı diaspor, hanı səfirlik?

Çox xahiş edirəm, mətnin aşağısında paylaşacağımız videonu sona qədər izləyib, paylaşaq ki, geniş ictimaiyyətə çata bilsin. Videoda danışan xanım əslən Tovuz rayonundan olan soydaşımızdır. Rusiyanın Surqut şəhərinfə yaşayır, 3 uşaq anasıdır. Adı – Məmmədova Raya Sabir qızıdır.

Yaşadığı binanı sakinləri arasında yaradılan votsap qrupunda xanımın uşaqlarının və özünün milli mənsubiyyətini təhqir ediblər. Xanım da adekvat cavab verərək, rusları təhqir edib. Bunu danmır, əsəbi halda olduğu səbəbindən söykədiyini bildirir, hətta publik olaraq üzürhaqlıq da edib.

Ancaq Rusiyanın hüquq-mühafizə orqanları və media nümunələri bu məsələni elə səviyyədə şişirdiblər ki, xanımın həbsə getməkdən başqa şansı qalmır. Ona “Milli münasibətləri qızışdırma” maddəsi ilə ittiham verilib. 6 aydır ki, istintaq və məhkəmə gedir. Vəkili bildirib ki, növbəti məhkəmə iclasında xanıma 4 il həbs cəzası nəzərdə tutulan hökm elan ediləcək.

Həmin maddədə, pul cəriməsi, şərti cəza da nəzərdə tutulsa da, məhkəmə həbs qərarı verməkdə israrlıdır. Ancaq bildirirlər ki, bu qərar verilsə də, soydaşımızın himayəsində azyaşlı uşaq olduğu üçün 3 il sonra icraya yönəldiləcək. İstənilən halda, bunun adı həbsdir!

Dəyərli dostlar! Hamı Ukraynadakı Misir Qasımlı kimi qışqırıb-bağıra, dəmir barmaqlıqları təpikləyə və siyasi şüarlar səsləndirə bilmir ki, diqqəti özünə cəlb edə bilsin. Əsl siyasi motivlə bu xanım həbs edilib və ona nə cəmiyyətimiz, nə diasporumuz, nə də ki, Rusiyadakı səfirliyimiz səviyyəsində heç bir dəstək yoxdur.

Mən bu müraciəti bütün sosial şəbəkə hesablarımızda yerləşdirmişəm və onların linkini şərh bölümündə paylaşacam. Gəlin, qərib eldə olan bir azərbaycanlı xanımı tək buraxmayaq. Kimin əlindən nə dəstək gəlirsə, versin!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Seymur Talıbov Qarabağ veteranının “sındırılmasına” niyə göstəriş verib? – Video

Şərur rayonu Çomaxtur kənd sakini, Qarabağ müharibəsi veteranı Əhmədov Vaqif adlı şəxs Azinforum.az-a müraciət edərək, …