Ana səhifə / Manşet / Rusiya ilə sərhəddə toplaşan soydaşlarımız acınacaqlı vəziyyətdə… – VİDEO

Rusiya ilə sərhəddə toplaşan soydaşlarımız acınacaqlı vəziyyətdə… – VİDEO

Rusiya ilə sərhəddə toplaşan Azərbaycan vətəndaşları aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalıblar. Miqrant Azərbaycan təşkilatından Azinforum.az-a bildiriblər ki, bu barədə məlumatı soydaşlarımızın ozləri veriblər. Onlarin sözlərinə görə, pandemiyaya görə iş yerləri bağlandıqdan sonra, Vətənə qayıtmaqdan başqa yolları qalmayıb: “Nəinki kirayə pulu verə bilirik, heç ərzaq da ala bilmirik. Hec bir yerdən , heç bir təşkilatdan kömək almadıqımızdan Azərbaycana qayıtmaqa məcbur qaldıq!”

Vətəndaşlarımız ən böyük problemlə də məhz sərhəddə qarşılaşıblar. Məlum olduqu kimi , iki ölkə arasında gediş-gəliş hələ xeyli əvvəl məhdudlaşdırılıb. Bu səbəbdən Rusiya tərəfi azərbaycanlıları sərhəddən buraxmaqdan imtina edir. Rusiya Xarici İşlər Nazirliyindən Miqrant-Azərbaycan təşkilatına verilən açıqlamada bildiriblər ki, bu problem o zaman həll oluna bilər ki, Azərbaycan tərəfi vətəndaşların buraxılması üçün rəsmi müraciət etsin. Soyaslarımızın sərhəddə toplaşmasından iki həftə ötsə də, rəsmi Bakıda belə müraciətin edilmədiyi bildirilir. Hazırda sərhəddə 1000 dən artıq azərbaycanlı yığılıb ki, onlarin arasında da qadın və uşaqlar üstünlük təşkil edir. Rusiya Miqrasiya Xidmətinin köməyi ilə insanların bir qismi yaxınlıqdakı yataqxanada yerləşdirilsə də, böyük əksəriyyət açıq havada gecələmək zorundadır.Ustəlik ərzaq və digər ehtiyatlar da qurtarıb. Əgər problem ən qısa zamanda həllini tapmasa, bu qədər insanı nə gözlədiyini söyləmək belə dəhşətdir. Azərbaycanın Rusiyadakı səfirliyi isə məsələ ilə bağlı heç bir məsuliyyət daşımadığını bildirir: “Biz vətəndaşlara müraciət etdik ki, sərhəddə yıqışmasınlar. Gediblər orda dayanıblar. Biz neyləyək? Vəziyyətləri cox ağırdırsa XİN-nə məktub göndərsinlər!”

P.S. Məsələ ilə digər cavabdeh orqanların münasibətini gözləyirik

Bahar,

Azinforum.az

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …