Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Rövşən Rzayevə sərt ittiham- “Evlər məcburi köçkünlərə pulla satılır” + VİDEO

Rövşən Rzayevə sərt ittiham- “Evlər məcburi köçkünlərə pulla satılır” + VİDEO

Qaçqın və məcburi köçkünlərə tikilən evlərin “Qaçqınkom” un bəzi vəzifəliləri tərəfindən alver predmentinə çevirildiyi gizli deyil. Həmin mənzillərin bir və bir neçə dəfə ayrı-ayrı şəxslərə satıldığıda bir gerçəklikdir. Satılması böyük bir cinayətdir. Baxmayaraq ki, həmin evlər məcburi köçkünlərimizə verilsə də, ancaq onların satılması yolverilməzdir. Çünki köçkünlərin həmin mənzillərdə yaşaması müvəqqəti xarakterlidir.

Onlar həmin evdən müvəqqəti yaşamaq və istifadə etmək hüququna sahibdirlər. Bu isə onlara mülkiyyət hüququ qazandırmır. Evlərin satılmasına o halda yol verilə bilər ki, köçkünlərin həmin mənzillər üzərində mülkiyyət (sahiblik) hüququ, yəni subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqi yarana. Qaçqın və məcburi köçünlərə verilən evlər isə mülkiyyət formasında verilmədiyindən, onun satılmasıda bir mənalı olaraq mümkünsüzdür. Ona görə ki, həmin evlər (binalar) dövlət əmlakı hesab olunur. Dövlət əmlakını satmaq, necə deyərlər, dövlətə xəyanət etməyə barəbərdir. Yəni suçdur! Bu suçun cəzası isə böyükdür! Gerçəkilik odur ki, “Qaçqınkom”un bəzi səlahiyyt sahiblər bunların fövqündə belə deyil. Onlar Prezidentin məcburi köçkünlərlə bağlı, yəni, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi istiqamətində yürütdüyü siyasətə kölgə salır, evlərin (mənzillərin) üzərində al-ver edirlər.

Bu evlərin həm satılması, həm də sənədləşdirilməsi prosesi isə bir başa dövlət “Qaçqınkom”un yerli nümayəndəsi sucludur. Bizinci; ona görə suçludur ki, satılmasına göz yumur, yəni bilə-bilə ki, həmin mənzillərin satılması qadağandır. İkincisi; ona görə suçludur ki, pul alıb həmin mənzili başqa birinin adına sənədləşdirir. Bir çox hallarda köçkünlər bu prosesi yerli nümayəndəliklərin, məsələn, “JEK”lərin əli ilə həyata keçirilir. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, evlərin tikintisində kifayət qədər korrupsiya izinə də rast gəlmək mümkündür. Evlər (binalar) tikilərkən tələm – tələsik, keyfiyyətsiz tikilir. Bu da çox leçmədən öz fəsadını göstərir. Çox keçmədən (bir neçə aydan sonra), evlərin divarları çartlayır. Və yenidən təmirə ehtiyac yaranır. Hərçənd ki, bu dediklərimizi Rövşən Rzayev qəbul etməsə də belə bu bir reallıqdır.

Söz yox ki, qaçqın və köçkünlərə tikilən evləri (mənzilləri) kənar şəxslərə satmaq, alver predmentinə çevirmək olmaz. Bunun özü böyük bir cinayətdir. Bunu edən vəzifəsindən, kimliyindən və kimin adamı olmasından aslı olmayaraq ciddi şəkildə cəzalandırılmalıdır. Bu kimi cinayətlər Füzuli rayonunda, köçkünlər üçün salınmış qəsəbələrdə daha çox baş verir. Tanıdığım bir çox insanlar var ki, “Qaçqınkom” tərəfindən onlara evlər verilməyib, sonradan pulla alıb yaşayanlardı.

Maraqlıdır ki, bunları bildiyim halda “Qaçqınkom” durub mənə leksiya oxuyur, deyir ki, elə şeylər ola bilməz. Siz bizi ittiham edirsiniz. İndi mən budan “Qaçqınkom”un sədri Rövşən Rzayevə səslənirəm; komissiya yarad, araşdır. Niyə araşdırmırsınız, nədən çəkinirsiniz. Tanıdığım neçə insanlar var ki, onlar qəsəbələrdə evlərlə təmin olunması üçün kimlərə nə qədər pul veriblər. Ümid edirəm ki, eyni zamanda da qeyd etdiyim faktlarla bağlı ölkənin hüquq mühafizə orqanları da hərəkətə keçəcək, bu istəiqmətdə gərəkən araşdırmalara başlayacaqlar.

Qaçqın və məcburi köçkünlərə tikilən evlərin “Qaçqınkom” un bəzi vəzifəliləri tərəfindən alver predmentinə çevirildiyi gizli deyil. Həmin mənzillərin bir və bir neçə dəfə ayrı-ayrı şəxslərə satıldığıda bir gerçəklikdir. Satılması böyük bir cinayətdir. Baxmayaraq ki, həmin evlər məcburi köçkünlərimizə verilsə də, ancaq onların satılması yolverilməzdir. Çünki köçkünlərin həmin mənzillərdə yaşaması müvəqqəti xarakterlidir. Onlar həmin evdən müvəqqəti yaşamaq və istifadə etmək hüququna sahibdirlər. Bu isə onlara mülkiyyət hüququ qazandırmır. Evlərin satılmasına o halda yol verilə bilər ki, köçkünlərin həmin mənzillər üzərində mülkiyyət (sahiblik) hüququ, yəni subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqi yarana. Qaçqın və məcburi köçünlərə verilən evlər isə mülkiyyət formasında verilmədiyindən, onun satılmasıda bir mənalı olaraq mümkünsüzdür. Ona görə ki, həmin evlər (binalar) dövlət əmlakı hesab olunur. Dövlət əmlakını satmaq, necə deyərlər, dövlətə xəyanət etməyə barəbərdir. Yəni suçdur! Bu suçun cəzası isə böyükdür! Gerçəkilik odur ki, “Qaçqınkom”un bəzi səlahiyyt sahiblər bunların fövqündə belə deyil. Onlar Prezidentin məcburi köçkünlərlə bağlı, yəni, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi istiqamətində yürütdüyü siyasətə kölgə salır, evlərin (mənzillərin) üzərində al-ver edirlər.

Bu evlərin həm satılması, həm də sənədləşdirilməsi prosesi isə bir başa dövlət “Qaçqınkom”un yerli nümayəndəsi sucludur. Bizinci; ona görə suçludur ki, satılmasına göz yumur, yəni bilə-bilə ki, həmin mənzillərin satılması qadağandır. İkincisi; ona görə suçludur ki, pul alıb həmin mənzili başqa birinin adına sənədləşdirir. Bir çox hallarda köçkünlər bu prosesi yerli nümayəndəliklərin, məsələn, “JEK”lərin əli ilə həyata keçirilir. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, evlərin tikintisində kifayət qədər korrupsiya izinə də rast gəlmək mümkündür. Evlər (binalar) tikilərkən tələm – tələsik, keyfiyyətsiz tikilir. Bu da çox leçmədən öz fəsadını göstərir. Çox keçmədən (bir neçə aydan sonra), evlərin divarları çartlayır. Və yenidən təmirə ehtiyac yaranır. Hərçənd ki, bu dediklərimizi Rövşən Rzayev qəbul etməsə də belə bu bir reallıqdır.

Söz yox ki, qaçqın və köçkünlərə tikilən evləri (mənzilləri) kənar şəxslərə satmaq, alver predmentinə çevirmək olmaz. Bunun özü böyük bir cinayətdir. Bunu edən vəzifəsindən, kimliyindən və kimin adamı olmasından aslı olmayaraq ciddi şəkildə cəzalandırılmalıdır. Bu kimi cinayətlər Füzuli rayonunda, köçkünlər üçün salınmış qəsəbələrdə daha çox baş verir. Tanıdığım bir çox insanlar var ki, “Qaçqınkom” tərəfindən onlara evlər verilməyib, sonradan pulla alıb yaşayanlardı. Maraqlıdır ki, bunları bildiyim halda “Qaçqınkom” durub mənə leksiya oxuyur, deyir ki, elə şeylər ola bilməz. Siz bizi ittiham edirsiniz. İndi mən budan “Qaçqınkom”un sədri Rövşən Rzayevə səslənirəm; komissiya yarad, araşdır. Niyə araşdırmırsınız, nədən çəkinirsiniz. Tanıdığım neçə insanlar var ki, onlar qəsəbələrdə evlərlə təmin olunması üçün kimlərə nə qədər pul veriblər. Ümid edirəm ki, eyni zamanda da qeyd etdiyim faktlarla bağlı ölkənin istintaq təqibi və hüquq mühafizə orqanları da hərəkətə keçəcək, bu istəiqmətdə gərəkən araşdırmalara başlayacaqlar.

Ramin MƏHƏMMƏDOĞLU

https://www.youtube.com/watch?v=hFL7K9-Cyd4&feature=emb_title

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …