Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Manşet / “Rixos” oteldə QALMAQAL – İcra başçısının oğlu ilə Prezident köməkçisinin qohumları arasında DAVANIN TƏFƏRRÜATI

“Rixos” oteldə QALMAQAL – İcra başçısının oğlu ilə Prezident köməkçisinin qohumları arasında DAVANIN TƏFƏRRÜATI

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin oğlu Rəşad Əliyevlə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin qohumları arasında dava olub.

Yenicag.az xəbər verir ki, bu iddia ilə tanınmış jurnalist Cəmil Məmmədli çıxış edib.

Hadisənin qadın üstündə olduğu iddia edilir.

Belə ki, 20 gün öncə “Rixos” oteldə xanımların yanında olan oğlanların masadan uzağlaşdığını görən Rəşad Əliyev “Bunlar heç, sizin üçün nə qulluq?”, deyərək qadınlara söz atıb. Bundan sonra geri qayıdan oğlanlarla Rəşad arasında dava düşüb.

O da idda edilir ki, bu davanın videogörüntüsünün silinməsi üçün pul verməyə gələn icra başçısı Z.Əliyev üzr istəyərək, 3 qız, 3 oğlanın – digər masanın xərclərini də ödəyib. Lakin ödənişlərin “işə yaramadığı”, videogörüntülərin yayıldığı bildirilib.

Qeyd edək ki, bu gün icra başçısının oğlu Rəşad Əliyevin toyudur.

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …