Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Manşet / Restoranında erməni mahnısı oxutduran şəxs jurnalisti ölümlə hədələyir…

Restoranında erməni mahnısı oxutduran şəxs jurnalisti ölümlə hədələyir…

Bir ay əvvəl, Bakının “Bakıxanov” qəsəbəsində yerləşən “Qafqaz” adlı restoranda erməni mahnılarının oxudulması faktını ictimailəşdirən jurnalist Zərdabi Abbasov həmin restoranın rəhbəri tərəfindən təhdid olunur. Qeyd edək ki, sözügedən faktı Zərdabi Abbasov öz “Facebook” səhifəsində yaymışdı. Faktı ictimailəşdirən ilk KİV isə Azinforum.az saytı olub. Sonra ölkənin bir çox tanınmış KİV-ləri həmin faktı məhz Azinforum.az-a istinadən tirajlayıblar. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz. Maraqlıdır ki, dünən jurnalist məhz bu məsələyə görə restoranın rəhbəri tərəfindən təhdid olunaraq, hədələndiyinə dair fikirlərini sosial şəbəkədə paylaşıb. Zərdabi Abbasovun yazdığını olduğu kimi təqdim edirik: “Darıya girdiyi getmir, hələ bir xortlayir da. Restoranında erməni mahnısı oxudan şəxs məni təhdid etdi. Noyabrın 20-də Bakıxanovda yerləşən Qafqaz restoranında erməni mahnısı oxutduqları barədə status yazmışdım. Mənim paylaşımımı əsas götürərək Azinforum.az saytı məsələni ictimailəşdirmişdi.


Bu gün təsadüfən yolum həmin restorana düşdü. Restoranın sahibi məni tanıdı. Mənimlə kobud rəftar edərək, şəxsimi ölümlə hədələdi. Dedi ki, məni göydə axtarırmış. Mən də ona cavab verdim ki, mən təyyarəyə minəndən – minənə göydə oluram. Əsas məkanım yerdir.
Əlqərəz, maşınımın nömrəsini götürdü və yaxın zamanlarda mənə nəticənin məlum olacağını bildirdi.
Onu da qeyd etdi ki, həmin hadisədən bəri demək olar ki, hər gün erməni mahnısı səsləndirilir : “Heç kim də maneə ola bilməz. Kimin xoşu gəlmir buranı tərk edə bilər”.

Jurnalist daha sonra yazıb ki, olunduğum təhdidlə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmək fikrindədir.

Biz də öz növbəmizdə, jurnalistin bu formada hədələnməsini qanun pozuntusu sayırıq və hesab edirik ki, müstəqil medianın işinə bu sayaq qanunsuz əməllərlə müdaxilə etmək yolverilməzdir.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Masallının baş həkimi belə həbs edilib – VİDEO

Uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun saxlanılma görüntüləri …