Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Manşet / “Relax” İstirahət Mərkəzində 3 ailə zəhərlənib

“Relax” İstirahət Mərkəzində 3 ailə zəhərlənib

Neçə illərdir Lerik rayonu ərazisində “Relax” İstirahət Mərkəzi fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, adıçəkilən istirahət mərkəzindən narazı olanların sayı ilbəil artır.

Bu arada Ceyranbatan qəsəbə sakini Elşən Ağayev Azinforum.az-a şikayət edərək iyulun 19-da “Relax” İstirahət Mərkəzi ailə üzvləri ilə zəhərləndiyini qeyd etdi. O, baş verənlərlə bağlı saytımıza ətraflı məlumat verdi: “İyilin 19-da mənim və iki qardaşımın ailə üzvləri ilə birlikdə “Relax” İstirahət Mərkəzinə yollandıq. 13 nəfər üçün təkcə istirahət mərkəzinə girişə görə 310 manat ödədik. Biz Yardımlı rayonuna getmişdik. Qayıdanda uşaqlar məsləhət gördükü “Relax”a dönək. Nəyə yaxınlaşırsan od qiymətinə. Uşaqlar bir az istirahət mərkəzin hovuzunda çimdilər. Daha sonra oradakı “Ləvəngi” restoranına oturduq. Ailəvi oturub yemək yedik. Heç yarım saat keçməmişdi 11 yaşlı oğlum qaytarmağa başladı. Daha sonra digər uşaqlar qusmağa başladı. Halbuki, bizim qalmaq fikrimiz var idi. Daha sonra növbə bizlərə çatdı. Vəziyyəti belə gördükdə başılovlu Masallı xəstəxanasına üz tutduq. Sonra məsləhət oldu ki, Masallıya getməkdənsə Sumqayıda üz tutaq. Yolda halım daha da pisləşdi və qusmağa başladım. Yoldaşımın da halı pisləşdi. Bir sözlə, 13 nəfərdən 10-u zəhərləndi. Digər 3 nəfər hava isti olmağdan yemək yemədi. Onlar da yemək yesəydi, hər halda zəhərlənərdilər”.

Məsələ ilə əlaqədar “Relax” İstirahət Mərkəzinin mövqeyini öyrənmək istəsək də bu, mümkün olmadı.

Qeyd edək ki, “Relax” İstirahət Mərkəzi millət vəkili İqbal Məmmədova məxsusdur.

VİDADİ

Həmçinin oxuyun

“Broker Əbülfəz”in həbsi Kəmaləddin Heydərova da problem yarada bilər

Hörmətli həmkarlar! Əbülfəz Məlikovun həbsi ilə bağlı (əvvəllər broker sistemində işlədiyimə görə) dostların bir çoxu …