Ana səhifə / Manşet / “Reket jurnalistin” “Bakı-Xəbər”in müxbirinə atdığı böhtan məhkəmədə araşdırılır – Mətbuat Şurasından əməkdaşımızın haqq mövqeyinə dəstək…

“Reket jurnalistin” “Bakı-Xəbər”in müxbirinə atdığı böhtan məhkəmədə araşdırılır – Mətbuat Şurasından əməkdaşımızın haqq mövqeyinə dəstək…

Müşfiq Ələsgərli: “Hesab edirəm ki, məhkəmə Məhəmmədəli Qəriblinin verdiyi şikayətlə əlaqədar olaraq ədalətli qərar çıxaracaq”

“Mətbuat Şurası bu məsələ ilə bağlı konkret qərar qəbul etsə də, Osman Nərimanoğlu bu qərardan nəticə çıxarmaq əvəzinə, tamamilə başqa mövqe tutdu
“O.Nərimanoğlunun Məhəmmədəli bəyə şər-böhtan atması, onun şərəf və ləyaqətini təhqir etməsi faktdır”

Dünən Göygöl Rayon Məhkəməsində “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı demokratik.az adlı domen istifadəçisi Rzayev Osman Nəriman oğluna qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Bildirək ki, Osman Nərimanoğlu və onun rəhbərlik etdiyi saytın adı Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə “reket” KİV elan edilib. Məhəmmədəli Qəribli bildirdi ki, iddiasını müdafiə edib və cavabdehlə bağlı irəli sürdüyü tələblərə hüquqi qiymət verilməsini istəyib. Cavabdeh müxtəlif bəhanələrlə prosesi uzatmağa cəhd etsə də, bu mümkün olmayıb. Növbəti məhkəmə baxışı fevralın 26-na təyin edilib.   

Azərbaycan Mətbuat Şurasının təmsilçisi Müşfiq Ələsgərli bildirdi ki, O.Nərimanoğlu həqiqətən də M.Qəriblinin şərəf və ləyaqətini təhqir edən yazılarla çıxış edib.Məsələyə Mətbuat Şurasında baxıldığını və qərar qəbul edildiyini deyən M.Ələsgərlinin sözlərinə görə, O.Nərimanoğlu şuranın çıxardığı qərara əhəmiyyət verməyərək həm M.Qəribliyə, həm də Mətbuat Şurasına qarşı şər-böhtan dolu yazılar yazmaqda davam edib. “Mətbuat Şurasında M.Qəriblinin müraciətinə baxılıb və araşdırmalardan sonra məlum olub ki, Məhəmmədəli bəy haqlıdır. Doğrudan da Osman Nərimanoğlu tərəfindən ona qarşı birtərəfli, balans prinsipi pozulmaqla təhqir-böhtan dolu yazılar yazılıb. Bizim xəbərdarlığımıza baxmayaraq, O.Nərimanoğlu bu məsələyə son qoymadı. Əslində isə, öz səhvini anlayıb buna son qoymalı idi. Yəni qarşı tərəf əməllərinin isbat olduğunu görüb bu işdən əl çəkməli olduğu halda, əl çəkmədi. Qeyd etdiyim kimi, O.Nərimanoğlu Mətbuat Şurasının etdiyi xəbərdarlıqdan nəticə çıxarmadı və Məhəmmədəli bəy haqqında yazılarını davam etdirdi, eyni zamanda da Mətbuat Şurasına qarşı təhqir, böhtan dolu materiallar hazırlayıb yaymağa başladı”.

M.Ələsgərli qeyd etdi ki, MŞ belə hallarla bağlı yalnız rəy verir və hadisəyə ictimai qınaq göstərir, əgər cavabdeh tərəf ictimai qınaqdan nəticə çıxarmırsa, onda qarşı tərəf bu məsələni hüquqi müstəvidə həll etməli olur. “Belə hallarda insanlar məhkəməyə müraciət edib orada öz hüquqlarının müdafiəsinə nail olur. Bu baxımdan, Məhəmmədəli bəy də öz hüquqlarını qorumaq məqsədilə hüquq-mühafizə orqanına müraciət edib və öz hüquqlarını məhkəmədə müdafiə edir. Çünki bu məsələ Mətbuat Şurası səviyyəsində öz həllini tapmadı. Mətbuat Şurası bu məsələ ilə bağlı konkret qərar qəbul etsə də, O.Nərimanoğlu bu qərardan nəticə çıxarmaq əvəzinə, tamamilə başqa mövqe tutdu. Məhəmmədəli bəy tam haqlı tərəfdir. Hesab edirəm ki, məhkəmə M.Qəriblinin verdiyi şikayətlə əlaqədar olaraq ədalətli qərar çıxaracaq. Çünki O.Nərimanoğlunun Məhəmmədəli bəyə şər-böhtan atması, onun şərəf və ləyaqətini təhqir etməsi fakdır və arxiv var, onun yazdığı yazılar ortadadır. Məhkəmənin bu faktlara istinad edib ədalətli qərar çıxaracağına ümid edirəm. Biz də  Mətbuat Şurası olaraq verdiyimiz qərarımızın üstündə dururuq” – deyə M.Ələsgərli vurğuladı.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …