Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Manşet / “Reket” jurnalist Osman Nərimanoğlu Məhəmmədəli Qəriblidən üzr istəyəcək, cərimə ödəyəcək – MƏHKƏMƏ QƏRARI

“Reket” jurnalist Osman Nərimanoğlu Məhəmmədəli Qəriblidən üzr istəyəcək, cərimə ödəyəcək – MƏHKƏMƏ QƏRARI

Fermerləri şantaj edərək toyuq, qaz, hinduşka tələb edən İkram Rəhimovun daha bir “jurnalist” ortağı ifşa olundu

Göygöl Rayon Məhkəməsində “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin, özünü jurnalist kimi qələmə verən, “demokratik.az” adlı domenin istifadəçisi, Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə adı “qara siyahı”ya salınaraq “reket” elan olunan Rzayev Osman Nəriman oğluna qarşı qaldırdığı iddia ərzəsi ilə bağlı yekun qətnamə çıxarılıb.

Aznews.az-ın əldə etdiyi məlumata görə, 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə məhkəmə qət edib ki, cavabdeh Osman Rzayevin öz istifadə etdiyi “demoratik.az” adlı domendə Məhəmmədəli Qəribli barədə yazdıqları şərəf və ləyaqəti alçaldan məlumatlar hesab edilsin. Həmçinin Rzayev Osman Nəriman oğlunun üzərinə həmin məlumatların internet resurslarından silinməsi vəzifəsi qoyulub.

Qətnamədə həmçinin qeyd edilir ki, Osman Rzayev Məhəmmədəli Qəribliyə vurduğu mənəvi ziyana görə ondan 200 (iki yüz) manat alınaraq Məhəmmədəli Qəribliyə ödənilməlidir.

İş üzrə iddiaçı olan Məhəmmədəli Qəribli saytımıza məlumatın doğruluğunu təsdiqləyib:

“Bəli, uzun sürən məhkəmə prosesi ötən ay yekunlaşıb. Təəssüflər olsun ki, bu günə kimi mən hələ də məhkəmənin qərarı ilə tanış deyiləm. Şifahi olaraq çıxarılan qərardan məlumatım var, amma qərar mənə rəsmən göndərilməyib. Təəssüflər olsun ki, Göygöl Rayon Məhkəməsi mənim iddia tələbimi tam təmin etməyib. Bu, nəticə qətiyyən məni qane etmir. Qətanməni alan kimi, apelliyasiya hüququmdan istifadə edəcəm. Göygöl Rayon Məhkəməsinin “reket” elan olunan bir domen istifadəçisi barədə bu cür humanist davranmasının səbəbi də mənə məlumdur. Bu barədə mediaya ətraflı açıqlama verəcəm”.

AzNews.az

Həmçinin oxuyun

Jurnalistin gizli səs yazısını “reket”ə kim verib? – Hakim Rafiq Məmmədov bu məsuliyyətin altından necə çıxacaq?

Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə adı “qara siyahıya” salınaraq “reket” elan olunan demokratik.az adlı …