Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Regionda ən yüksək orta gömrük tarifləri Azərbaycandadır

Regionda ən yüksək orta gömrük tarifləri Azərbaycandadır

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi ilə bağlı sənəd hazırlayıb.

Tədqiqatda Azərbaycanda inflyasiya prosesləri araşdırılır. Açıqlanan göstəricilərdən məlum olur ki, hazırda ölkədə qeydə alınan inflyasiya göstəricisi qlobal maliyyə böhranının yaşandığı 2008-ci ildən bəri qeydə alınan ən yüksək göstəricilərdir. Belə ki, Azərbaycanda 2021-ci ildə 6,7 faziə bərabər olan inflyasiya 2022-ci ildə 13,9 faizə çatıb.

Araşdırmada həmçinin Azərbaycanda inflyasiyanı doğuran amillər təhlil edilib. Son dövrlər ölkədə inflyasiya göstəricilərinin yüksək olmasının əsas səbəbləri olaraq aşağıdakılar göstərilib:

– Pandemiya məhdudiyyətlərinin yaratdığı çətinliklər

– Daşıma xərclərinin artması

– İqlim dəyişikliklərinin təsirləri

– Rusiya-Ukrayna müharibəsi

Tədqiqatda Azərbaycanda mövcud gömrük sistemi və tətbiq edilən mexanizmlərin qiymət artımlarına təsiri də araşdırılıb. Rəqəmlərdən aydın olur ki, regionda ən yüksək orta gömrük tarifləri məhz Azərbaycanda tətbiq edilir.

Araşdırmanın nəticəsinə görə, Azərbaycanda inflyasiyanın keyfiyyət göstəricilərinin azalması aşağıdakılarla bağlıdır:

– İstehlak səbətindəki əmtəə və xidmətlərin xüsusi çəkilərinin müəyyən edilməsi metodologiyası:

– İstehlak səbətində olan reprezentativ əmtəə və xidmətlərin sayı.

– İstehlak səbətində olan reprezentativ əmtəə və xidmətlərin çəkisi.

Sənədlə ətraflı şəkildə buradan tanış ola bilərsiniz: Azərbaycanda ərzaq inflyasiyasının qiymətləndirilməsi – Araşdırma sənədi

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …