Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / Ramiz Zeynalov Bakıdan-Sumqayıta qədər olan yolda 100-dən artıq DYP əməkdaşını niyə düzüb?

Ramiz Zeynalov Bakıdan-Sumqayıta qədər olan yolda 100-dən artıq DYP əməkdaşını niyə düzüb?

Bakı-Sumqayıt yolundakı DYP-nin yaratdığı acınacaqlı vəziyyətlə bağlı həmin yoldan daima istifadə edən sürücülərdən biri Azinforum.az-a maraqlı faktlar açıqlayıb: “Bakı-Sumqayıt yolunun DYP xəritəsi belədir. 20 yanvar dairəsindən “Şamaxınka” deyilən əraziyə nəzarəti Nəsimi Yol Polisi edir: 4 maşın, 8 əməkdaş. “Şamaxınka” deyilən ərazidən Xırdalan dairəsinə qədər nəzarəti Ekologiya postunun əməkdaşları edirlər: 2 kamera, 18 maşın, 1 post, 80 əməkdaş. Xırdalan dairəsindən, “VAZ”-ın dairəsi deyilən əraziyə Respublika DYP-in əməkdaşları nəzarət edir. 1 kamera, 4 maşın, 8 əməkdaş. Arada bu ərazidə Abşeron və Zəngilan DYP əməkdaşları da “ova” çıxırlar. “VAZ”-ın dairəsindən, Sumqayıtın girişinə qədər nəzarəti Saray postu edir. 3 kamera, 1 post, 18 maşın, əməkdaşların sayı məlum deyil. Bakı-Sumqayıt yolundakı vəziyyət budur. Bu gün bir gürcü qonağım var idi. Yoldakı polislərin belə çox olması onu təəccübləndirdi və dedi ki, onların şəhərlərində bu qədər DYP maşını yoxdu. Vəziyyəti analiz etmək ĺazımdır”.

Azinforum.az

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …