Bazar , Oktyabr 25 2020
Ana səhifə / Manşet / Qurultay ərəfəsində “AzerRos”da nələr yaşanır… – Növbəti saxtakarlığa hazırlığın getdiyi deyilir

Qurultay ərəfəsində “AzerRos”da nələr yaşanır… – Növbəti saxtakarlığa hazırlığın getdiyi deyilir

Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin  (AzerRos) qurultayı yaxınlaşdıqca həm təşkilat daxili , həm də ayrı-ayrı diaspora təşkilatları arasındakı ziddiyətlər dərinənləşir.

Uzun illər  “AzerRos” -da   Regionlara Əlaqələr  şöbəsinə rəhbərlik etmiş  Qabil Ağayev  Azinforum.az-a açıqlamasında bildirib ki,   diasporun bu günkü acınacaqlı durumu bir çox təşkilat rəhbərlərinin  xüsusi xidmət orqanlarının “oyuncaqı”na cevrilməsinin nəticəsidir:

“Məsələ burasındadır ki, həqiqətən diaspora işi ilə məşğul olmaq istəyənlərə imkan vermirlər.Ya qeydiyyat məsələsini yubadirlar,ya tədbirlərin keçirilməsinə mane olurlar.Ya mətbuatla əlaqələlərini əngəlləyirlər…Bu da son nəticədə  həmin adamların çəkilib qıraqda durması ilə nəticələnir! Hazırda üzdə olan təşkilat sədrlərinin bəziləri isə  xüsusi xidmət orqanları ilə əməkdaşlıq  edirlər. Onlarin da məqsədi Rusiyada güclü Azərbaycan diasporasının yaranmasına imkan verməməkdir!”  

Son illərdə “AzerRos” kimi nəhəng və aktiv federal təşkilatın da məhz bu səbəbdən iflic edilərək, parcalandıqını deyən Ağayev bütün bunlara görə Mədəni Muxtatiyyətin İstra bölməsinin rəhbəri  Tahir Hacıyevi ittiham edir: “Tahir Hacıyev  neçə illərdir ki, təşkilat daxilində təskilat yaradıb və hər vasitə ilə təşkilatın fəaliyyətinə mane olub! Bu işdə ona ən yaxın dostu Ağadadaş Kərimov da kömək edir! Hər ikisi bir məqsədə xidmət edir “AzerRos”un guclənməsinə imkan verməmək! Üstəlik də təşkilatın imkanlarından öz biznesini genişləndirmək üçün istifadə etmək!”

Qalıb Ağayev İstra regional mərkəzinin sədrini  həm də sənədləri saxtalaşdırmaqda ittiham edir: “Hacıyev müxtəlif bəhanələrlə yerli sobələrin möhürlərini əllərindən alaraq öz seyfində saxlayır. Halbuki əsasnaməyə görə bu qəti  qadağandır!”

Tahir Hacıyevin həmin möhürlər vasitəsilə saxta protokollar hazırladığını söyləyən Ağayev artıq  bu məslələri  araşdırmaq üçün  məhkəməyə müraciət etdiyini deyir: “İş o yerə çatıb ki, saxta protokollar tərtib edərək heç kimin tanımadığı Şamil Tağıyevin  namizədliyini  “AzərRos”un sədrliyinə  irəli sürüb, qeydiyyatdan da  keçiriblər!”

Qeyd edək ki, namizədlərin siyahısı ilə bağlı maraqlı məqamlar Ağayevin söylədikləri ilə bitmir. Məsələ burasındadır ki, siyahı hələ də rəsmən təsdiq olunmayıb. Halbuki  namizədlər çoxdan  təbliğat -təsviqat kompaniyasına baslayiblar! Təşkilatın  əsasnaməsi  isə buna icazə vermir! “AzerRos”un prezidentliyə digər  namizədlərdən biri –  Vidadi Abbasov da siyahının rəsmən təsdiqlənmədiyini etiraf edir. Abbasovun fikrincə, siyahının indiyə kimi  rəsmən təsdiqlənməsi,hələ də  təşkilat rəhbərliyinin kənardan  idarə olunduğunu göstərir: “Sədrlər siyahısını ona görə  təsdiq etmirlər ki,  istənilən zamanda , hətta qurultaya bir gün qalmış belə tərkibi dəyişmək imkanları olsun və yenə kimlərinsə məsləhət bildiyi yeni namizədi ortalığa çıxarsınlar”.

Hazırda sədrliyə namizədlər arasında bütün tərəfləri  qane  edə biləcək birinin  olmadığını  deyən Abbasov qurultaydan sonra, yeni parcalanmaların  baş verə biləcəyini də istisna etmir:”Hamını razı salacaq  namizəd yoxdur! Ona görə də, qurultaydan sonra qarsıdurmalar daha da güclənəcək!”

Namizəd Vidadi Abbasov şəxsən özünün hansı qruplarla iş birliyində olduqunu deməsə də , seçkilərdəki şansını yüksək dəyərləndirir: “Mən qələbəyə ən real namizədəm. Çünki məqsədim bu parcalanmalara son qoyub, Azərrosun fəaliyyətinıi təyinatı üzrə yönəltməkdir. Düşünürəm ki, mənim bu saf niyyətim seçkilər zamanı layiqincə dəyərləndiriləcəkdir!”

Bununla belə Abbasov məlum fikirlərinin mətbuata cıxarılmasını istəmir: “Aqzını açan kimi, qarayaxmalar, hücumlar  başlanır!”

Adının mətbuata acıqlanmasından ehtiyat edən digər bir diaspora sədri isə baş verənlərə görə Azərbaycanın Rusiyadakı səfirliyini ittiham edir: “Səfirliyin diaspora təşkilatları ilə bağlı tutduğu mövqe anlaşılan deyil! Elə təşkilatlar var ki, səfirlik onlara  “atalıq” edir. Digərləri ilə isə nəinki əlaqələri yoxdur, ümumiyyətlə onları yaxına buraxmırlar! Hətta dəvət olunduqları ölkə miqyaslı tədbirlərə belə qatılmırlar. Diaspora təşkilatları arasında  qarşıdurmalara təkan verən  amillərdən biri də məhz budur!”

Göründüyü kimi, Rusiyadakı Azərbaycan diasporu özünün ən ağır  böhran dövrünü yaşayır.

Bahar BƏNÖVŞƏ,

Moskvadan xüsusi olaraq

Azinforum.az üçün

Həmçinin oxuyun

Qubadlı şəhəri işğaldan azad edildi!

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan …