Ana səhifə / Manşet / Qüdrət Həsənquliyevə jurnalistdən sərt irad – “Qarabağ şuarı ilə yersiz manipulyasiya lazım deyil”

Qüdrət Həsənquliyevə jurnalistdən sərt irad – “Qarabağ şuarı ilə yersiz manipulyasiya lazım deyil”

Tanınmış jurnalist Məhəmmədəli Qəribli özünün “Facebook” səhifəsində BAXCP sədri Qüdrət Həsənquliyevin təbliğat posteri ilə bağlı tənqidi fikirlərini səsləndirib. “Böyük-Millət” həmin statusu təqdim edir:
“Tanınmış şəxslərin, xüsusilə də siyasətçilərin seçki təbliğatında hansı şuarlardan istifadə etdiklərinə xüsusi fikir verirəm. Bundan əvvəl Ümid Partiyasının sədri İqbal Ağazadənin təbliğat şüarı ilə bağlı iradlarımı yazmışdım.
Partiya sədri mənimlə danışdı və dedi ki, həmin fikirlər ona məxsusdur, amma bu seçkilərdə təbliğat şuarı kimi istifadə etmir. Baxmayaraq ki, həmin posteri daha çox elə ümidçilər paylaşırdı, daha gözümə dəymir.
Paylaşdığım şuar BAXCP sədi Qüdrət Həsənquliyevə məxsusdur. Bunu da uğursuz sayıram. Niyə? Birincisi, hesab edirəm ki, Qüdrət Həsənquliyev əgər özünü müxalifət partiyasının sədri kimi qəbul edirsə, gərək bu seçkiyə heç qatılmayaydı.

Foto-Məhəmmədəli QƏRİBLİ


Çünki YAP-ın təşəbbüsü ilə özünün də təmsil olunduğu parlamentin buraxılmasına əlini qaldırıb səs verib. Heç olmasa həmin səsvermədəki müxalifliyini qoruyardı və indiki seçkilərdə iştirakla bağlı kimsə ona irad bildirə bilməzdi. Onsuz da onun əleyinə verdiyi səs nəticəni dəyişməyəcəydi. Təəssüf ki, bu addımı onların yerinə klassik YAP-çı Arif Rəhimzadə atdı.
Məlum olduğu kimi Qüdrət Həsənquliyev bu dəfəki seçkiyə əvvəl deputat seçildiyi Naxçıvandan deyil, Bakının Xətai rayonu ərazisindən qatılır. Doğrusu, bunun da səbəbi maraqlıdır. Gələk şuara. Mənə elə gəlir ki, parlament seçkilərində iştirak edən namizədlər bir qədər lokal xarakterli şuarlardan istifadə etməlidir.


Yəni Əhmədlidəki seçici verdiyi səslə Qüdrət Həsənquliyevə ölkədə islahatlar aparmağa, Qarabağla bağlı hansısa fərqli addımları atmağa manadat verməyəcək. Bu şuarı Qüdrət bəy tez-tez iştirak etdiyi Prezidentliyə namizədlik marafonunda irəli sürsəydi, iradım olmazdı.
Çünki islahat aparmaq, Qarabağ problemi ilə bağlı konkret vədlər vermək ölkə başçısının səlahiyyətinə daha çox aid olan məsələlərdi, nəinki deputatın. Başa düşürük, Qarabağ problemi vətəndaşlarımızın həssas yeridir. Amma bundan da, yersiz təbliğat məqsədləri üçün istifadə etmək lazım deyil…”
Həsənxan CƏNUBLU

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …