Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Qoşqar Təhməzlinin qaynı şəhid ailəsinin 450 min dollarını “atıb”

Qoşqar Təhməzlinin qaynı şəhid ailəsinin 450 min dollarını “atıb”

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qaynı şəhid ailəsinin külli miqdarda pulunu mənimsəməkdə günahlandırılır. Qazaxıstanda yaşayan iş adamı Zaur Məmişov Criminal.az saytına bildirdi ki, agentlik sədrinin qaynı Nazim Məmmədov özünü daxili işlər naziri Vilayət Eyvazovun qohumu kimi təqdim edərək külli miqdarda pulunu ələ keçirib. Z.Məmişov qeyd edir ki, 2011-ci ildə şəhid ailəsi olan bacısı Sinəxanım Məmişova ilə birgə biznesdən əldə etdiyi vəsait və bankdan götürdüyü kredit hesabına Qazaxıstanın Nur-Sultan şəhərində ümumi sahəsi 6500 kvadrat metr olan “Şadlıq Sarayı”-restoran kompleksini tikdirib. Tikinti başa çatdırmaq üzrə olarkən, “Şadlıq Sarayı” sarayı kompleksinin tikintisinin tamamlama işləri aparıldığı vaxtda Qoşqar Təhməzlinin qaynıı Nazim Məmmədovla görüşüb. N.Məmmədov təklif edib ki, restoran biznesini, onun dizayn işlərini və bütün təşkilati məsələləri mükəmməl bilən bir tanışı var, onu bu işə cəlb etsin. Restoran biznesindən dərindən məlumatlı olmadığına görə əvvəllər tanıdığı və həmişə özünü daxili işlər naziri Vilayət Eyvazovun qohumu kimi təqdim edən Nazim Məmmədovla razılaşır və onun təklifinə baxacağını bildirir. Bu razılaşmadan dərhal sonra Nazim Məmmədov Zauru həmin iş adamı ilə tanış etmək üçün Bakıya dəvət edir.  

Zaur Məmişov və Nazim Məmmədov Z.Məmişov deyir ki, Nazim Məmmədov onun əlində müəyyən qədər pul olduğunu görüb öz saxta ideyaları ilə aldatmağa və pulu mənimsəmək üçün planlar qurmağa başlayıb: “Bundan sonra Nazim Məmmədov məni özünü Türkiyə vətəndaşı kimi təqdim edən Lütfi Ercan Günalpla 2011-ci ilin fevral ayında tanış edib. Söhbət əsnasında Lütfi Ercan Günalp mənə bildirdi ki, əgər bu işləri görəcəyəmsə bütün dizayn işlərini də mən etməliyəm. Eyni zamanda o, özünə inandırmaq məqsədilə Heydər Əliyevlə və Süleyman Dəmirəllə birlikdə çəkdirdiyi bir neçə şəklini göstərib. 2011-ci ilin yay ayları idi, Lütfi Ercan Günalpı dəfələrlə evimdə olub, oğlumun 2011-ci ilin sentyabr ayında Nur-Sultan şəhərində keçirilən kiçik toyunda iştirak edib.

Lütfi Ercan Günalp və Nazim Məmmədov Z.Məmişovun övladının kiçik toy məclisində Bu faktlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma və üzləşmə aparan müstəntiq Ramil Məmmədovun yanında öz təsdiqini tapdı. Baxmayaraq ki, ilk öncə guya o məni tanımadı, lakin mən ona dolma qonaqlığını, sünnət toyunda iştirakını və dediyi tostu xatırladanda başını aşağı salıb, gözümüzə baxa bilməyərək etiraf etməyə məcbur oldu. Qeyd edilən toyun diskini və Ercan bəylə olan fotoşəkilləri müstəntiqə təqdim etsək də lakin sonuncu, onlara ehtiyacın olmadığını bildirdi, həmin sübutları bizdən qəbul etməkdən imtina etdi”. 

Z.Məmişov bildirdi ki, Lütfi Ercan Günalpa inandıqdan sonra onu Nur-Sultan şəhərinə dəvət edib, tikintisi başa çatmaq üzrə olan restoranla tanış edib: “Restorandakı işlərlə tanış olduqdan sonra Lütfi Ercan Günalp bildirdi ki, restoran işə düşənədək bura bacarıqlı, təcrübəli personal hazırlanmalıdır və bunun üçün o, 50 nəfər ofisiantı və 10 nəfər aşbazı Qazaxıstandan Türkiyəyə aparıb oxutdurub onlara geyim alacaq və restoranın bütün dizayn işlərini görəcəkdir. Bunun üçün 250.000 min ABŞ dolları və 20.000 min ABŞ dolları yol pulu olmaqla ümumilkdə cəmi 270 000 min dollar pul istəyib. Eyni zamanda tikintiyə dair təkliflər verərək, fasad işlərinin görülməli olduğunu, içəridə işlərinin başlanılmasını və restoranda olan bütün arakəsmələrin sökülməsini istəmişdir. Ona bildirdim ki, bu arakəsmə işləri mənə 250-260 min ABŞ dollarına başa gəlib. Bunların söküntüsünün nə mənası var. O isə bildirdi ki, mənim dizaynıma uyğun gəlmədiyi üçün sökülməlidir. Həmçinin Lütfi Ercan Günalp özü ilə gətirdiyi tanımadığımız, lakin sonradan onunla müqavilə bağlayarkən adını öyrəndiyimiz “KGK Yapı Malz.Ith. Ihr.Tic.LTD.ŞTI” bir türk şirkətinə (direktoru Kızılırmak Ferxad Mexmet oğlu və onun etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı Hacıyev Rizvan İsrafil oğlu) fasad işlərini hesablatdırıb. Fasad işlərini başlamaq üçün lazımi mal-materiala və işə 180 000 min ABŞ dolları məbləğində pul tələb olunduğunu bildirdi. Artıq 2012-ci ilin əvvəllərindən mənim və bacımın etibarından sui-istifadə edib 450.000 min ABŞ dolları məbləğində pulumuz iş görmək adı ilə götürərək qaytarmır. Açıq-aşkar 8 ildən artıqdır ki, yayınırlar”. 

N.Məmmədov Z.Məmişovun evində qonaq olarkən “Bilirik ki, dələduzların, saxtakarların yeri həbsxana olsa da, lakin bu adamlar kimlərləsə əlbir olaraq və yaxud da kimlərinsə dəstəyinə arxanlanaraq azadlıqda gəzirlər. Mən də bu vaxta qədər dəfələrlə müxtəlif qurumlara müraciətlər etmişəm, lakin bu qurumlar bu məsələyə biganə və soyuq yanaşırlar, həllinə köməklik göstərmirlər. Belə ki, bizim küllü miqdarda pullarımızı etibarımızdan sui istifadə edərək mənimsəyənlər – Nazim Məmmədov və Lütfi Ercan Günalp açıq-aşkar bildiriblər ki, bilirik işiniz Respublikanın Baş Prokurorluğundan asılıdır, o da bizlikdir, orada sizlərə heç-bir vaxt heç kim kömək edə bilməz, bunu bilin və oturun yerinizdə! Biz də artıq bunun şahidi oluruq. Bu haqsızlığın bariz nümunəsi odur ki, bizim Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə (DİN), DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etdiyimiz çoxsaylı müraciətlərimiz əsasında bir neçə dəfə arşdırma aparılıb, Baş Prokurorluğa məruzə edildikdən sonra iş məlum olmayan səbəbdən və şəraitdə “qüdrətli əlin” vasitəsilə tormuzlanır. Bunun sübutu olaraq sonuncu dəfə, yəni 2019-cu ilin axırlarından DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq xidməti tərəfindən başlanmış araşdırma zamanı tərəfimizdən bütün lazımi maddi sübütlür müstıntiqə təqdim olundu, yerli baxış keçirildi və bizə bildirildi ki, toplanmış bu materiallar əsasında cinayət işi qaldırıla bilər yalnız və yalnız Baş Prokuror icazə versə”. 

Z.Məmişov deyir ki, daxili işlər naziri Vilayət Eyvazovun qəblunda olub, nazir deyib ki, şəhid ailəsinin pulunu alanlar həbs olunmalıdır: “Hətta Vilayət müəllim bizim yanımızda Baş prokurorun birinci müavini Rüstəm Usubova zəng edərək problemimiz haqda məlumat verdi. Rüstəm müəllim də bizi qəbul etdi və bildirdi ki, dərhal cinayət işi başlanacaq, lakin sonradan cinayət işi başlanmadı və bizə məsləhət görüldü ki, məhkəməyə müraciət edək. Biz də haqqa, ədalətə inanaraq və ümidlə adları çəkilən şəxlərinin qanunsuz əməllərinə düzgün hüquqi qiymət veriləcəyinə inanaraq problemimizin həll olunacağını gözlədiyimiz bir zamanda DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin imzası ilə 21.03.2020-ci il tarixli, 007-27796/17M nömrəli məktub, poçt vasitəsilə 14.04.2020-ci il tarixdə bizə rəsmi təqdim edildi. Həmin məktubla bizə bir daha bildirildi ki, “Araşdırma zamanı müraciətinizdə göstərilən məsələnin mülki xarakterli olmaqla məhkəmədə araşdırılmalı olduğunu və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnuz sizə izah edilir”. Baxmayaraq ki, biz şikayətlərimizdə və araşdırma aparan müstəntiqə dəfələrlə bildirmişik ki, Nazim Məmmədovun təşkilatçılığı ilə qabaqcadan əlbir olan bir qrup şəxs (Lütfi Ercan Günalp, Kızılırmak Ferxad Mexmet oğlu və Hacıyev Rizvan İsrafil oğlu) bizim etibarımızdan sui istifadə edərək və bizi aldadaraq, iş görmək adı ilə bizim 450.000 ABŞ dolları məbləğində pulumuzu mənimsəyiblər. Məlum olur ki, Nazim Məmmədov və Lütfi Ercan Günalp Baş Prokurorluqdan arxalanmaqda haqlı imişlər, buna görə də dedikləri “Baş Prokurorluq bizlikdir, orada sizlərə heç-bir vaxt heç kim kömək edə bilməz, bunu bilin və oturun yerinizdə!” sözlər öz təsdiqini tapır”. 

Lütfi Ercan Günalp “Eyni zamnda Nazim Məmmədov hər dəfə keçmiş Baş prokuror Zakir Qaralovla, həm də arvadının qardaşı-qayını Qoşqar Təhməzli ilə hədələyirdi. Üzləşdiyimiz problemlə Qazaxıstan Respublikasının vətəndaşı olaraq bir neçə dəfə yuxarıda adları qeyd olunan şəxslərin qanunsuz yolla bizi aldadaraq, etibarımızdan sui istifadə edərək küllü miqdarda mənimsədikləri pullarımızın geri qaytarılmasında bizə köməklik edilməsi ilə bağlı Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etmişəm. Səfirliyin rəsmi nümayəndəsi ilə əlaqə saxladıqda onlar bildirdilər ki, ərizələriniz əsasında Səfirlik tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına bir neçə dəfə müraciət olunub”-Z.Məmişov bildirdi.Z.Məmişovun bacısı Sinəxanım Məmişova da Criminal.az-a bildirib ki, həyat yoldaşı Əliyev Cəmil Məhərrəm oğlu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Onun sözlərinə görə, qardaşı  Məmişov Zaur Arif oğlu Qazaxıstan vətəndaşıdır. Zaur Məmişov Qazaxıstanda yaşadığı müddətdə bir vətənpərvər Azərbaycanlı olaraq bizim, Azərbaycan Respublikasının Diasporası ilə həmişə sıx əlaqədə olmuş və onlara daima maddi və mənəvi dəstək göstərib. Həyat yoldaşının vəfatından sonra 3 yetim uşağıma həm ana, həm də ata olub. Öz övladlarımı öz qazancımla böyütmək istədiyimə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəldim. Daha sonra isə şəhid ailəsi olduğuma görə Bakı şəhərində, Memar Əcəmi metro stansiyasının yaxınlığında mənə verilmiş torpaq sahəsini satıb, pulu evdə saxlayırdım. Məqsədim o idi ki, həmin pulla uşaqlarımın layiqli gələcəyini təmin edim. Bizim buradakı yeganə məqsədimiz şəhid həyat yoldaşımdan mənə əmanət qalan övladlarımın layiqli gələcəyini təmin etmək idi. Məsələ ilə yazıda adları çəkilən şəxslərin mövqeyini öyrənmək mümkün olmadı. 

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …