Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Qoşqar Təhməzlinin bacısı oğlu laborantları niyə kütləvi şəkildə işdən azad edib? – Mehriban Bağırova faktoru…

Qoşqar Təhməzlinin bacısı oğlu laborantları niyə kütləvi şəkildə işdən azad edib? – Mehriban Bağırova faktoru…

Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimlərlə işlər üzrə sektor müdiri Mehriban Bağırovanın iş fəaliyyətindən yeni narazılıqlar var. Azinforum.az-ın əldə etdiyi məlumata görə, bugünlərdə Mehriban Bağırova 10-a yaxın laborantı heç bir ciddi səbəb olmadan tutduqları vəzifədən azad edib. Müqavilərinə xitam verilən laborantları gözlənilmədən çağrıb ki, gəlib işdən azad olunmaları ilə bağlı əmrlərinin sürətini götürsünlər. Əsasız yerə kütləvi şəkildə işdən azad edilən laborantlar bunun səbəbi ilə maraqlandıqda isə Mehriban Bağırova bildirib ki, bunun səbəbini onun müdiri olan Xalid Bayramlıdan soruşsunlar, çünki həmin adamın göstərişini icra edib. Xalid Bayramlının Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin bacısı oğlu olduğu bildirilir. İşdən kütləvi şəkildə çıxarılan adamlar Xalid Bayramlının qəbuluna düşə bilmirlər. Onların sözlərinə görə, buna da Mehriban Bağırova mane olur: “Əvvəlcədən Xalid müəllimə deyir ki, biz işdən niyə çıxarıldığımızın səbəbini soruşmağa gəlmişik. Xalid müəllim də aşağıdakı mühafizə xidmətinə tapşırır ki, bizi qəbula buraxmasınlar. Hər dəfə bir bəhanə ilə bizi qəbul etmir. Gah deyillər yanında çəkiliş var, gah deyillər xarici qonaqlar var. Yəni müxtəlif bəhanələrlə bizi qəbul etməkdən yayınır. Biz artıq düşdüyümüz vəziyyətdən bezmişik. Sizdən xahiş edirik ki, səsimizi daha yuxarı instansiyalara çatdırasınız. Biz ailəmizi nə ilə dolandırmalıyıq? Axı bu şəkildə adamı işdən çıxarmırlar. Qoy bizə bunun səbəbini əsasladırsınlar. Bura dövlət qurumudur, işə qəbul da, işdən çıxarılma da, qanun əsaslarla tənzimlənməlidir”.

Qeyd edək ki, qurumun rəsmi saytında Xalid Bayramlının adı Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi kimi qeyd edilir. Çox maraqlıdır, bu vəzifənin kadrların işdən çıxarılması ilə hansı əlaqəsi ola bilər? Bəlkə Mehriban Bağırova məqsədli şəkildə həmin şəxsin adını hallandır? Bu suallara da cavab tapmağa çalışacayıq.

Yazıda adları çəkilən şəxslərin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı. Onların da fikirlərinə yer verməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …