Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / “Qiymətləri at belində, bu, cəhənnəm, bəs normal interneti niyə vermirsən, Azercell!”

“Qiymətləri at belində, bu, cəhənnəm, bəs normal interneti niyə vermirsən, Azercell!”

Jurnalist Əvəz Zeynallı “Azercell” mobil operatorunu kəskin tənqid edib. Buna səbəb opertorun xaricdə normal “rominq internet” xidməti göstərə bilməməsi olub. Azinforum.az Əvəz Zeynallının yaranmış problemlə bağlı qeydini olduğu kimi təqdim edir:

“DİQQƏT AZERCELL FIRILDAĞINA!
Türkiyəyə keçən kimi “Azercell”dən belə bir mesaj gəlir: “Turkiyeye xos gelmisiniz! Artiq Turkiyede BUTUN operatorlarin shebekelerinde 1GB=19.9 AZN ve 400MB=9.90 AZN internet paketlerinden faydalana bilersiniz! 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES yigin.” 
Sən də bu mesaja inanıb deyilənləri edirsən və “Azercell” belə bir mesaj göndərir: “1GB rominq Internet paketi aktiv edildi. 14 gun erzinde istifade ede bilersiniz.” Amma edə bilmirsən! Bu şirkət rəsmən fırıldaqçılıq və dələduzluq edir. Qiymətləri at belində, bu, cəhənnəm, bəs normal interneti niyə vermirsən, Azercell! İndi bu dələduzlarla nə etməli? Təbii ki, məhkəməyə verməli və ictimai qınaq yaratmalı! Dələduz və fırıldaqçıya ictimai qınaq kar edərmi?! “

Mobil operatorun da mövqeyinə yer verməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …