Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Manşet / Qarabağda işləyənlər əmək haqlarını ala bilmədiklərini deyirlər – Video

Qarabağda işləyənlər əmək haqlarını ala bilmədiklərini deyirlər – Video

Qubadlı-Zəngilan su xəttinin çəkilməsində iştirak edən işçilərin bir qismi əmək haqlarını ala bilmədiklərini iddia edirlər.
Onlar buna görə “Emek Mühendislik” MMC-nin inzibati binası qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya zamanı şirkət nümayəndələri ilə işçilər arasında mübahisə yaşanıb.
“Time TV”nin etiraz aksiyasından yaydığı kadrları təqdim edirik:

Qeyd edək ki, “Emek Mühendislik” MMC 27 yanvar 10 manat nizamnamə kapitalı ilə 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan, ev 70, m. 19-da yerləşən şirkətin qanuni təmsilçisi Uğur Yeniçeridir.

Həmçinin oxuyun

Prezident İlham Əliyev xalqa müraciət edir – CANLI YAYIM

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir.  Dövlət başçısının müraciətini təqdim edirik: