Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Qarabağ qazisinin evi başına uçdu – Sabunçu İcra Hakimiyyətinin heç tükü də tərpənmir – VİDEO

Qarabağ qazisinin evi başına uçdu – Sabunçu İcra Hakimiyyətinin heç tükü də tərpənmir – VİDEO

Bakı şəhəri Bakıxanov qəsəbəsi Ramiz Zeynalov küçəsi döngə 1, ev 1-də yaşayan Qarabağ qazisi İsmayılov Murad Hamlet oğlunun yaşadığı ev uçub. Bu barədə məlumatı Azinforum.az-a qazinin nənəsi İsmayılova Şəfiqə Yaqub qızı verib. Evin uçmasına səbəb yağan yağışlar nəticəsində ətrafdakı təpənin sürüşməsi olub. Şikayətçilər bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə bu barədə məlumat verilsə də, heç bir tədbir görülmür. Qeyd edək ki, evdə yaşayan qazi son doyüşlərdə sol əlinin bir neçə barmağını itirib. Azinforum.az mövzu ilə bağlı hazırladığı videoreportajı təqdim edir.

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …