Ana səhifə / Manşet / Qalmaqallı məmurdan yeni xəbər: “Separatizmi dəstəkləyən məmurla icra başçısı Aqil Nəzərli qardaşımı həbs etdirib”

Qalmaqallı məmurdan yeni xəbər: “Separatizmi dəstəkləyən məmurla icra başçısı Aqil Nəzərli qardaşımı həbs etdirib”

İraqın Kürdüstan bölgəsində separatizm əsasında keçirilən “müstəqillik” referendumunu dəstəkləyən Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdri Fizuli Tanrıverdiyev  barəsində  Azinforum.az – a maraqlı məlumat daxil olub.  Laçın rayon sakini Mirzə İbrahimov yazdığı məktubda bildirir ki, bir müddət əvvəl Füzuli İbrahimov onun qardaşını həbs etdirməyə nail olub:

“Qardaşım Alıqulu İbrahimov 2 il əvvəl Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdri Füzuli Tanrıverdiyev tərəfindən “Feysbuk”da təhqir edilib. Qardaşım da şikayət etmək üçün İcra hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyətində Füzuli Tanrıverdiyevin PKK terror təşkilatını dəstəklədiyini dediyi üçün, Füzuli Tanrıverdiyevin şikayəti əsasında həbs edilir. Rayon icra hakimiyyətinin təzyiqi və Füzuli Tanrıverdiyevin şikayəti əsasında məhkəmənin qərarıyla qardaşımı qeyri- qanuni olaraq 10 gün müddətinə azadlıqdan məhrum edirlər. Qardaşım Alıqulu İbrahimov Laçın rayonu İcra başçısı Aqil Nəzərlinin və polis rəisinin qanunsuzluqları haqqında dəfələrlə yuxarı idarələrə şikayət etdiyi üçün daim təzyiq altında olub. O bu barədə öz “feysbuk” səhifəsində dəfələrlə yazıb. İcra başçısı Aqil Nəzərli son günlər Füzuli Tanrıverdiyevin “feysbuk”da seperatizmi dəstəkləyən paylaşımlarını saytlara göndərdiyini və ictimailəşdirdiyini zənn edərək qardaşımın şərlədərək həbs etdirib. Aqil Nəzərli bunun üçün Vağazin kənd icra nümayəndəsinin müavini Elbrus Məmmədovun qardaşı Məzahir Məmmədovun oğlanlarından istifadə edib. Qardaşım gecə atam gildən öz evinə qayıdarkən yolda Məzahir Məmmədovun oğlanları tərəfindən döyülüb. Daha sonra Taxtakörpü qəsəbəsində məktəbinin yanında Laçın polis şöbəsində çalışan Rəftar adlı müavin və əməkdaşkarı tərəfindən saxlanılaraq telefonu əlindən alınıb. Telefonu bir gün sonra polis şöbəsindən ala bildik. Onun döyülməsinə və bacımın evindən qızıllar oğurlamaqlarına baxmayaraq qardaşımı həbs edib, Laçın rayonunun İcra başçısının tapşırığı ilə qurama məhkəmə iclası keçirildi. Qardaşımı yalançı şahidlərin ifadəsi ilə 1 ay müddətindən azadlıqdan məhkum ediblər. Mən burdan İlk öncə Azərbaycan Respublikasının Prezidentinə, daha sonra
isə ictimaiyyətinə səslənirəm ki, mənim qardaşım günahsızdır. Qardaşımın işlərini araşdırsınlar, görəcəklər ki, 2 əvvəl Füzuli Tanrıverdiyevin qərarıyla həbs edilib, indi də onun seperatçılığını ifşa etmə şübhəsi ilə Aqil Nəzərli tərəfindən həbs edilib.

Mirzəli İbrahimov”.

Azinforum.az olaraq bildirik ki, yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

 

Foto:  Həbs edilən Alıqulu İbrahimov

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …