Ana səhifə / Manşet / “Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

“Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb.

Bu barədə Azinforum.az-a qurumdan məlumat verilib. Bildirilib ki, “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb.

“Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca “Məşğulluq sektoru” yaradılıb.

“İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə” şöbəsinin “İnformasiya texnologiyaları” və “Elektron idarəetmə” sektorları birləşdirilib. “Sosial təminat və kommunal xidmətlər” şöbəsinin tərkibindəki “Sosial təminat və kommunal xidmətlər” sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni “Monitorinq” şöbəsi yaradılıb.

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.

Eyni zamanda, Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.

Həmçinin oxuyun

Samuxda Prezidentə dərdini deyən şikayətçiyə təzyiq edirlər – Qafarov Məhərrəm bunun böhtan olduğunu deyir- VİDEO

Samux rayon Ziyadlı kən sakini Bayramov Bilal Mirzəməhəmməd oğlu yenidən redaksiyamıza müraciət edib. Onun sözlərinə …