Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / “Qaçqınkom” bir zənglə Şuşa qaçqınının başını necə aldadıb?

“Qaçqınkom” bir zənglə Şuşa qaçqınının başını necə aldadıb?

Bu günlərdə  dözülməz şəraitdə yaşadığı ilə bağlı Azinforum.az İnformasiya Portalına müraciət edən əslən  Şuşadan olan məcburi köçkün Əliyev Aqşin Səyyar oğlu  yenidən redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onun şikayəti ilə bağlı biganəliyini davam etdirir:

“ Sizin saytda mənim şikayətim yayımlanandan sonra onlar bizimlə əlaqə saxlayıblar. Mənim mobil telefonum olmadığı üçün onlar atamla danışıblar. Özünü “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri kimi təqdim edən şəxs atamdan mənim niyə mediaya şikayət etdiyimin səbəbini soruşub. Atam onlara bunun mənim haqqım olduğunu  izah etdikdən sonra, onlar bizim yaşadığımız ünvanı dəqiqləşdiriblər və deyiblər ki, tez bir zamanda əlaqə saxlayacaqlar. Həmin gündən 15 gün  keçsə də, bizimlə heç kim əlaqə saxlamayıb .

 

Bir daha xatırladıram ki,  mən ailəmlə birlikdə kirayədə yaşayıram. Ali təhsilli olsam da,  hazırda işsizəm. Bütün parametrlərimiz məcburi köçkünlər üçün inşa olunan mənzillərdən birini əldə etməyə uyğun gəlsə də, nədənsə, “Qaçqınkom” bizim ailəyə qarşı ayrıseçkiliyini davam etdirir. Çox təəssüf edirəm ki, bizə olan münasibət  “Qaçqınkom”un  əvvəlki rəhbərliyinin vaxtında necəydisə, hazırda da o qaydada davam etdirilir. Çox çıxılmaz durumdayam. Şəraitsizlik, kasıbçılıq ucbatından mən iki azyaşlı övladımın üzünə baxa bilmirəm.  Xahiş edirəm ki, mənim səsimi ölkə rəhbərliyinə çatdırasınız”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az 

Həmçinin oxuyun

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olublar. “Qafqazinfo” xəbər verir …