Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / “Prostoy vətəndaş”a ciddi media da diqqət ayırmağa başladı – VİDEO

“Prostoy vətəndaş”a ciddi media da diqqət ayırmağa başladı – VİDEO

Almaniyada yaşayan soydaşımız Akif Məmmədov “Səs TV”yə eksklüziv müsahibə verib. O, çıxışında Avropada yaşayan və özlərini cəmiyyətə söyüş müxalifəti kimi təqdim edən bəzi şəxslərlə bağlı sensasion fikirlər sələndirib. Azinforum.az olaraq bildiririk ki, Akif Məmmədov cəmiyyətdə “Prostoy vətəndaş” adı ilə tanınır. O, uzun müddətdir ki, fərdi olaraq radikal müxalifətin və Avropadakı söyüşçülərin ittihamlarına cavab verir. Akif Məmmədovla bağlı qarşı tərəf müxtəlif fikirlər səsləndirir. Onun paylaşımlarına verilən şərhlərdə bu hərəkətləri kimlərinsə sifarişi, maddi maraq müqabilində etdiyinə dair fikirlər yazılır. Amma bizim apardığımız dəqiq araşdırmalardan sonra məlunb olub ki, “Prostoy vətəndaş” kimi tanınan bu şəxs hazırda böyük ehtiyac içində yaşayır, çıxışlarını da səmimi qəlbdən, əqidəsindən irəli gələn tələblər əsasında edir. Yaxın günlərdə Azinforum.az olaraq Akif Məmmədovla geniş müsahibə götürəcəyik. Onunla bağlı bütün məqamlara aydınlıq gətirməyə çalışacayıq. Akif Məmmədovun “Səs Tv”-yə verdiyi son müsahibəni təqdim edirik.

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …