Bazar , Noyabr 28 2021
Ana səhifə / Manşet / “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov şəhidin mənzilini başqasına satıb ?- MTK dan ŞOK FAKTLAR

“Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov şəhidin mənzilini başqasına satıb ?- MTK dan ŞOK FAKTLAR

“Qızın 2 adaxlısı”, mənzilin isə 3- 4 sahibi var…


Emil kimi iş adamlarını Qarabağa mina təmizləməyə göndərmək lazımdır ki…

Məşhur  “ O olmasın, bu olsun” operettasında Məşədi İbadın başına gələnlər bu gün Azərbaycan vətəndaşlarının  başına gəlir. 
Operettada Rza bəy necə deyir ?
-Məşədi, a kişi, bu nə əhvalatdır, deyirlər qızın 2 adaxlısı var imiş…
Bu gün vəziyyət daha qəlizdir. Bir qızın, daha doğrusu, bir  mənzilin 2 yox e, 4-5  “adaxlısı-sahibi” var.
Həqiqətən də  son 15-20 ildə Azərbaycanda tikinti bumu artdıqca, problemlər də artır. 

MTK-ların vətəndaşlar üçün yaratdığı problemlər günbəgün artır. Müvafiq dövlət qurumları, hüquq-mühafizə orqanları, məhkəmələr isə ağızlarına su alaraq susurlar. Vətəndaşlar isə dələduzluqla üz-üzə qalırlar. 
Təsəvvür edirsiniz  vətəndaş 40-50 min pul ödəyib mənzil alır və bəlli olur ki, mənzil neçə il əvvəl başqa  şəxsə satılıb. Vətəndaş məhkəməyə müraciət edib, amma nəticə yoxdur. Vətəndaş heç olmasa, pulunu geri almaq istəyir, bunu da ala bilmir. 
Belə faktlar bir deyil, iki deyil, heç yüz də deyil. 
Statistikaya  görə, Bakıda 3000-dən çox yeni bina tikilib. İndi təsəvvür edin “qızın neçə adaxlısı” var, yəni minlərlə hüququ pozulmuş mənzil sahibləri var. 
Bu məsələ artıq ölkə səviyyəsində ciddi problemə çevrilib. 
Belə MTK-lardan biri də “Proqress 2016” MTK-dır. 
Bu MTK-nın rəhbəri  Emil Səməndərovun  Vətən müharibəsi şəhidinin ailəsini aldatması ilə bağlı xəbəri ölkə mediası paylaşıb. Emil Səməndərov Vətən Müharibəsi şəhidinin  qanuni mənzilini başqasına satıb. 
Qısa məlumat üçün  bildirək ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Azad  Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.
İndi  şəhidin ailəsi heç olmasa, Azad  Zeynalovun ödədiyi pulu tələb edir, Emil  Səməndərov isə pulu  qaytarmır. 
Təsəvvür edirsiniz  şəhid  belə iş adamları üçün canını qurban verib. İş adamı isə barı şəhidin pulunu ailəsinə qaytarmır. 
Əslində belə  iş adamlarının bircə cəzası var. Belələrini minalanmış sahələrə  mina təmizləməyə göndərmək lazımdır ki, insan həyatının nə olduğunu başa düşsünlər. 
Bir müddət əvvəl  “Proqress 2016” MTK ilə bağlı Abşeron məhkəməsində istintaq prosesinin başlanıldığı barədə xəbərlər yayılmışdı. Sonu nə oldu ? 
Nə qədər istintaq olar ? 
Belə şirrkətlər barəsində hər gün yuxarılara  yüzlərlə, minlərlə şikayət ərizələri göndərilir. Niyə bu şikayətləri araşdıranlar yoxdur ? 
İndi məlum olub ki, Allah qoymasa, Emil Səməndərovun başqa bir MTK-sı da var imiş –  “Hayan E” MMC. 
Bu şirkət də  vətəndaşlara mənzil atmaqla, payçıları aldatmaqla məşğul imiş. 
Bu şirkətə 30 min manat ödəyib  3 ildir mənzil gözləyənlər var. 
Son olaraq iki məsələni  qeyd edək:
Birincisi, cəzasızlıq olan yerdə  belə problemlərin olması reallıqdır. 
İkincisi, “Proqress 2016” MTK ilə bağlı son vaxtlar mediada  yayılan sistemli və ardıcıl xəbərlər deyəsən Emil Səməndərovu  təşvişə salıb.
Daxil olan xəbərlərə görə, cənab Səməndərovun həbsi yaxın zamanda reallaşacaq.
P.S Redaksiyamıza zəng vuran Emil Səməndərova bircə cümlə söz demək istəyirəm. Kişi 
sözü üzə deyər, telefonda dediklərini isə sənin sülalənə qaytarırıq.

Həmçinin oxuyun

Stavropoldakı diaspor rəhbəri Fəxrəddin Yarıyevin biabırçı “Fəxri Fərman”ı

Rusiyanın Stavropol Vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəni Mərkəzinin prezidenti Fəxrəddin Yarıyev tərəfindən …