Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Prezidentin uğurlu layhəsini niyə Əli Həsənovun adına bağlayaraq, qapamaq istəyirlər…

Prezidentin uğurlu layhəsini niyə Əli Həsənovun adına bağlayaraq, qapamaq istəyirlər…

Milli mətbuatın yaranma tarixi olan 22 iyula sayılı günlər qalır. Adətən bu tarix ərəfəsində dövlətin jurnalistika sahəsində çalışan media işçilərinin xeyrinə olacaq hansısa addımları atacağı ilə bağlı anonslar verilirdi.

Praktikada buna bənzər qərarların məhz bu əlamətdar gündə verildiyinə dair nümunələr çoxdur. Təsadüfi deyil ki, jurnalistlər üçün tikilən iki bina da məhz 22 iyul tarixində paylandı. Görün, yaxınlaşan növbəti bayramımız ərəfəsində bizə hansı “sürprizləri” təqdim edirlər?

Gördüyünüz bu foto 2017-ci ilin 22 uyulunda çəkilib. Jurnalistlərin ikinci binasının təntənəli açılışından sonra, Prezident şəxsən özü 3-cü binanın təməlini qoydu, hətta bu mövzuda nitq də söylədi.

Hazırda istifadəyə verilən iki binanın paylanmasında çox böyük ədalətsizliklərin olduğu danılmazdır. Bu barədə çox yazılıb, təkrarçılıq etmək istəmirəm. Qısa onu deyim ki, paylanılan iki binada jurnalist kimi yaşamağa layiq olanlarla, bunu haqq etməyənlərin faiz nisbəti 50-nin 50-yə kimi ölçülə bilər.

Bu haqsızlıqla bağlı ilahi ədalət qismən də olsa öz yerini tapdı. Binanın ədalətli bölüşdürülməsinə birbaşa cavabdehlik daşıyan, lakin ciddi haqsızlıqlara yol verən Əli Həsənov urvatsız şəkildə vəzifəsindən uzaqlaşdırıldı, ardınca evlə mükafatlandırdığı jurnalistlər tərəfindən təhqir olundu. Binanın tikintisində külli miqdarda yeyintiyə yol verən Vüqar Səfərli və onun yaxın ətrafı isə həbs edildi.

Bütün bu proseslər təməli Prezident tərəfindən qoyulan 3-cü bina tikilib başa çatandan sonra baş verdi. Məhz bu səbəbdən də, 2020-ci ildə jurnalistlərə hazır binadan mənzillərin paylanması ilə bağlı proses təxirə salındı. Maraqlıdır ki, 3 ildir bu binanın taleyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

Mediaya məsul olan şəxslər və qurumlar binanın taleyi ilə bağlı heç bir müfəssəl məlumat vermir. Bu da 3-cü binadan ev gözləyən jurnalistlərin gərginliyinə səbəb olur. Elə jurnalist var ki, binadan ev almağı tam haqq edir, ancaq 6 ildir ki, gözləməyə məcbur qalıb. Ev almaq üçün elan edilən kriteriyalardan kənarda qalmamaq üçün (üç illik daimi iş yeri və s.) uzun illərdi ki, layiq olduğundan çox aşağı əmək haqqı almaq şərti çalışmağı qəbul edir.

Hakimiyyətin daxilindəki bəzi dairələr isə bunları nəzərə almadan , jurnalistlərin haqqı olan bu mövzu ilə bağlı lazımsız manevrlər edir. 2 il əvvəl 38 nəfər media və QHT nümayəndələrinin imzaladığı biabırçı bir müraciət yayıldı.

Həmin müraciətə imza atanlar Prezidentdən xahiş edirdilər ki, 3-cü bina jurnalistlərə verilməsin. Ən qəribəsi budur ki, məlum müraciətə imza atanların böyük əksəriyyəti dövlətdən mənzil və başqa imtiyazlar alanlardı.

Həmin vaxt məlum müraciətlə bağlı öz fikirimi bildirmişəm və bu adımı sabotaj kimi dəyərləndirmişəm. 22 iyul ərəfəsində həmin dairələr yenə hərəkətə keçib. İndi də təbliğat aparırlar ki, güya bu , Əli Həsənovun layihəsi olduğu üçün, məhvə məhkumdur.

Özlərinə yaxın olan media qurumları və jurnalistlə vasitəsilə cəmiyyətə belə mesajlar vetirlər ki, “evə iddialı olan çoxdur, bu səbəbdən də, ədalətli bölgü keçirmək çətin olacağı üçün bu layihə qapadılmalıdır”. Birincisi, Əli Həsənov kimdir ki, Prezidentin iradəsindən xaric belə bir böyük layihəni icra etsin?

İkincisi, siz dövləti bu dərəcədə zəif görürüsünüz ki, bir evi ədalətli bölməyə iradəsi və gücü çatmasın? Əslində isə bu cür yarıtmaz təbliğatla Prezidentin iradəsinə qarşı getmiş olursunuz. Yaxşı olardı ki, belə ucuz şoular təşkil etməkdənsə, 3-cü binanın təyinatı ilə bağlı konkret rəsmi açıqlama verəsiniz.

Narahat olmayın, onsuz da nə desəniz qəbulumuz olacaq. Çünki ölkədə öz haqqını sona qədər müdafiə etmək iqtidarında olan jurnalistlər demək olar ki, qalmayıb. Yetər ki, bu məsələyə aydınlıq gətirin. Bunu ölkə başçısı ilə müzakirə etməyə cürətiniz çatmırsa, qoyun Prezidentin dediyi kimi olsun və 3-cü bina öz halal sahibləri sayılan jurnalistlərə verilsin!

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …