Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Prezidentin etimad etdiyi gənc icra başçısı niyə etimadı doğrultmur…

Prezidentin etimad etdiyi gənc icra başçısı niyə etimadı doğrultmur…

Prezident gənclərə göstərdiyi böyük etimad nəticəsində İsmayıllıya gənc bir icra başçısı göndərdi. Ona dönə-dönə tapşırdı ki, bala, get başını sal aşağı, xalqın qulluğunda dur. Qırxı çıxmamış karantin qaydasını pozub dağa dırmaşdı və bunun da nəticəsində Prezidentdə töhmət aldı.

Bu gün isə DTX əməliyyat keçirib, onun qulağının dibində olan İsmayıllı şəhərinin icra nümayəndəsini (“mer”) həbs edib. Rəsmi bəyanatdan görünür ki, “mer” xalqın malını talayırmış. Rayonların çoxunda belə hal var. Mənə təəccüblü gələn hansısa məmurun korrupsiyaya bulaşması deyil, təəccüblü olan bunun ölkə başçısının böyük etimad göstərdiyi, inandığı gənc icra başçılarının ətrafında cərəyan etməsidir.

Belə nəticəyə gəlmək olar ki, ya bu adamları Prezidentə səhv təqdim ediblər, ya da rayondakı mafiozlaşmış məmurlardan ibarət köhnə qurdlar gənclərə işləməyə imkan vermir. Bir fakt da maraqlıdır. Rayonun prokuroru, polis rəisi, DTX rəisi yoxdur ki, Bakıdan gedib orda əməliyyat aparırlar? Deməli, söhbət rayonda fəaliyyət göstərən mütəşəkkil şəbəkədən gedir ki, yerli güc strukturları həmin neqativliklərə göz yumurlar.

İstənilən halda, bütün günahı etimadı doğrultmağı bacarmayan gənc icra başçısında görürəm. Bununla birlikdə Prezidentin qəbulunda qabağa cuman və ölkə başçısının irad bildirdiyi başqa gənc də vardı. Səhv etmirəmsə Neftçalaya icra başçısı göndərildi. Onadan nə xəbər var? Gənclər sektorundan onu tanıyanlar deyir ki, çox diribaş, zirəng oğlandır. Allah eləsin onun pis sədası gəlməsin…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …