Ana səhifə / Manşet / Prezidenti şəkilini bəhanə edib kimsəsiz xanımın hüququn tapdalayan bələdiyyə sədri kimdir?-Video

Prezidenti şəkilini bəhanə edib kimsəsiz xanımın hüququn tapdalayan bələdiyyə sədri kimdir?-Video

Dəyərli izləyicilər, hörmətli media nümayəndələri. Əliyeva Rəfiqə Canhüseyn qızı adlı bu xanımın problemini Azinforum.az-ın “Tik-Tok” platforması üzərindəki hesab vasitəsilə ictimailəşdirmişik. Bir gün ərzində videoya 50 min baxış gəlib, 200 paylaşım olub. Həddən artıq çox şərh yazılıb. Bir necə vətəndaşımız xanıma maddi dəstək olmaq niyyətilə mənə zəng vurub. Onları birbaşa şikayətçi xanıma yönəltmişəm.

Ən maraqlı məqama diqqət edək. Xanım bizə deyir ki, onun şikayəti ictimsiləşəndən sonra, bələdiyyə sədri Ağaəli Mənsimov daha radikal addımlara əl atıb. İclas çağıraraq, xanımı işdən azad edib, bütün açarları onun əlindən alıb. Xanıma deyiblər ki, mediaya şikayət etməsəydin səni işdə saxlayardıq, indi xoş getdin! Xanım deyir ki, Ağaəli müəllim onun işdən çıxarılmağını həm də bununla izah edir ki, güya o yaşlandığı səbəbindən Prezident İlham Əliyevin hündürdə olan şəkilini qalxıb silə bilmir.

Bir az əvvəl Ağaəli müəllimlə əlaqə saxladım. Xanımın işdən azad edilməsini elə əsaslandırmağa çalışdı ki, mən elə bildim ölkənin bir nömrəli problemi bu süpürgəçi xanımdır. Bələdiyyə sədri nəyin bahasına olursa-olsun mənimlə görüşüb, çörək kəsib, yaxından tanış olmağa çalışdı. Bundan imtina etdiyim üçün, belə təklif etdi: “ Siz mənim daxili işimə qarışmayın. Mən onu tam qanuni əsaslarla işdən çıxarmışam. Çünki yaşlanıb. Ancaq buna baxmayaraq, bir kənd adamı kimi, ona gələcəkdə maddi yardım etməyi düşünürəm”.

Mən başa düşmürəm, necə olur ki, 90 yaxın yaşı olan Ziyad Səmədzadə parlamentin mühüm komisiyalarından birinə başçılıq edə bilir, ancaq heç 60 yaşı tamam olmayan bir xanıma kabinet süpürməyi çox görürlər? Çox xahiş edirəm, gəlin cəmiyyət olaraq bu xanımın müdafiəsinə qalxaq. İmkan verməyək ki, güya ölkə başçısının şəkilinin tozlu olmasını bəhanə edən səlahiyyət sahibləri kimsəsiz insanların hüquqlarını bu şəkildə tapdasınlar.

Məhəmmədəli QƏRİBLİ

Video ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz

https://youtube.com/shorts/CK-PDjJdnME?feature=share

Həmçinin oxuyun

Sərhəd zabiti olan çempion Rəsul Cunayev gənclərimizə hansı mənfi örnəyi göstərir?

Fotoda gördüyünüz bu şəxs Azərbaycanın tanınmış güləşçisi Rəsul Cunayevdir. O, idman sahəsində ciddi uğurlara imza …