Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.
Bu barədə “Ölkə.Az”a Rasim Balayev özü məlumat verib.
“Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı.
Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını
hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu
il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması
büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə
təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin
fikirləri ilə üst -üstə düşür”.
Qeyd
edək ki, R,Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu
ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.
Həmçinin oxuyun
Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…
Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …