Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Manşet / Polis Abşeron Gənclər Şəhərciyindəki meyvə dükanlarının özbaşınalığına son qoydu – Video

Polis Abşeron Gənclər Şəhərciyindəki meyvə dükanlarının özbaşınalığına son qoydu – Video

Xırdalan qəsəbəsindəki Abşeron Gənclər Şəhərciyində meyvə dükanlarının qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların istifadə etdiyi yol hər iki tərəfdən zəbt edilmişdi. Həmin mağazalar öz məhsullarını yola düzməsi səbəbindən parkdakı sakinlərin istirahəti də məhdudlaşırdı. Bu neqativ hal tərəfimizdən ictimailəşəndən sonra, Abşeron Polis İdarəsi hərəkətə keçdi və qısa müddətdə meyvə mağazalarının özbaşınalığına son qoyuldu. Hazırda həmin ərazidə səliqə-səhman yaradılıb. Tənqidi materialımıza belə operativ reaksiya verdiyinə görə, Abşeron Polis İdarəsinin rəhbərliyi və şəxsi heyətinə dərin minnətdarlığımızı bildiririk.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …