Prezident İlham Əliyev Mirsaleh Seyidovla bağlı Sərəncam imzalayıb.
Azinforum.az xəbər verir ki, Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Qeyd edək ki, o bu vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi idi.