Ana səhifə / Manşet / “Paşa bank”-ın “Gənclik Mall”da olan bankomatı niyə “sağalmır”? – FOTO

“Paşa bank”-ın “Gənclik Mall”da olan bankomatı niyə “sağalmır”? – FOTO

Azərbaycanın ən böyük banklarından olan “Paşa bank”-ın paytaxtda bankomat çatışmazlığı müşahidə edilir.  Buna rəğmən, həmin bankın Bakının böyük ticarət mərkəzlərindən sayılan “Gənclik Mall”da olan bankomatı   nadir hallarda işlək vəziyyətdə olur. Bu barədə məlumatı saytımıza oxucular verib. Azinforum.az-ın  əməkdaşları həmin ticarət mərkəzində olan bankomata baş çəkib. Məlum olub ki, ticarət mərkəzində böyük izdihamın yaşandığı  həftə sonu günlərində bələ bankomat işləməyib. Onun önünə toplaşan vətəndaşlar əməkdaşlarımızla söhbətlərində bildiriblər ki,  bankomat əksər hallarda işləmir, işləyəndə isə ordan yalnız minimal olaraq  100 manatlıq əskinaz çıxarmaq olur. Azinforum.az olaraq sözügedən bankın rəhbərliyinin diqqətinə çatdırırıq ki, xüsusilə də hazırkı dönəmdə – paytaxtımızın “Baku Shopping Festivalı”na ev sahibliyi etdiyi zamanda ticarət mərkəzlərinə çoxlu sayda alıcılar axışır. Unutmayaq ki, onların sırasında əcnəbi turistlər də az deyil. Bu baxımdan da, belə bir kiçik problemin aradan qaldırılmasına bank rəhbərliyinin mütləq  diqqət ayırması gərəkdir.

Mövzu ilə bağlı “Paşa bank”-ın da mövqeyini dinləməyə hazırıq.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …