Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Partiya sədri dələduzluq edirsə, bu əməl daha ağır formada cəzalandırılmalıdır

Partiya sədri dələduzluq edirsə, bu əməl daha ağır formada cəzalandırılmalıdır

Arzuxan Əlizadə: “Burada siyasi motivlər axtarmaq tamamilə əsassızdır”

Məlum olduğu kimi, aprelin 21-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. Partiya sədri dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Bütün bunlardan və ortada olan konkret faktlardan məlum olur ki, partiya sədri faktiki olaraq dələduzluq edərək cinayət törədib. Əldə etdiyimiz məlumata görə, A.Əsədli daha iki nəfərə qarşı da dələduzluğa yol verib. Sadəcə, onlsar hələlik istəmirlər adları hallansın. Özü də logistika adıyla. Birinə Çindən, digərinə Türkiyədən mal gətirmək adıyla söz verib, amma sonra ona əməl etməyib. Bu kimi bir neçə epizod var, amma hələlik mədbuatda Oqtay Qasımov və Zəngilanın sabiq icra başçısı İlham Hüseynovun şikayətləri öz əksini tapıb. Ancaq faktiki olaraq epizodlar bundan çoxdur. A.Əsədlinin yan-yörəsində olanlar bunu siyasiləşdirmək istəyirlər. Guya A.Əsədli müxalif siyasi fəaliyyətinə görə həbs olunub. Aydın məsələdir ki, bütün bunlar reallığı əks etdirmir. Ən azından ona görə ki, Azərbaycan Yüksəliş Partiyası yeni yaradılıb və üstəlik bu vaxta qədər ciddi bir müxalif mövqe ortaya qoymayıb.

Baş verənlərlə əlaqədar Azinforum.az-a açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, burada siyasi motivlər axtarmaq tamamilə əsassızdır: “Dələduzluq edən, ümumiyyətlə, cinayət törədən adam siyasi baxışlarından asılı olmayaraq cinayətkardır. Çünki cinayətkarın mənsibiyyəti, milliyəti olmur. Dələduzluq da çox ciddi cinayətdir. Çünki insanlar illərlə topladıqları, biznesdə qazandıqları pulları kiməsə etibar edirlər. O da bunların etibarından sui-istifadə edərək faktiki olaraq o adamları iflic halına salır. Hətta buna görə ailələr dağılır, insanlar cənlarından məhrum olurlar. Yəni, dələduzluq çox ciddi bir cinayətdir və sanksiyası 5 ildən yuxarıdır. Çünki pullar ödənilmirsə və təbii ki, tərəflər bağışlamır. Burada konkret cinayət faktı var ortalıqda. O cümlədən, ortada konkret insanlar var. Üstəlik, A.Əsədlidən şikayət edən adam kifayət qədər tanınmış şəxsdir və ictimai-siyasi fiqurdur. Vaxtilə eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olub. Məlum olur ki, o, təkcə Oqtay Qasımovdan 150 min dollar alıb. Digərləri də var və istintaqın gedişində onlar da ortaya çıxacaq. Bir çoxları siyasi mənsubiyyətindən, statusundan əlavə imtiyaz kimi istifadə etmək istəyir. Yəni, sui-istifadə etməyə meyilli olurlar. Ancaq əslində partiya sədri, tanınmış adam cəmiyyətdə daha məsuliyyətli və nümunəvi olmalıdır. Öz əxlaqı, davranışı və bütövlükdə fəaliyyəti ilə digərlərinə, cəmiyyətə nümunə olmalıdır. Çünki partiya sədrinin üzərinə daha böyük məsuliyyət düşür. Çünki beləsi dələduzluq edirsə, müəyyən mənada partiyada təmsil olanları da kölgə altında qoyur. Başqa bir tərəfdən, cəmiyyətdə belə təsəvvür formalaşa bilər ki, digər partiya sədrləri, üzdə olan ictimai fəallar da öz statuslarından istifadə edərək belə əməllərə yol verə bilərlər. Hesab edirəm ki, bu cür tanınmış adamlar cinayət törədirlərsə, onlara qarşı cəzalar daha sərt olmalıdır. Kimlərsə belə halları siyasiləşdirmək və bundan müəyyən dividentlər əldə etmək istəyirsə, bu, ikiqat qınalınası haldır. Ona görə ki, cinayətkarı müdafiə etmək olmaz. Partiya sədri olmağı və ya başqa bir vəzifə daşımağı onun üzərinə əlavə məsuliyyət qoyur. Ona heç bir əlavə imtiyaz vermir. Belələri siyasilər tərəfindən daha ağır qınağa məruz qalmalıdılar ki, hansısa partiya sədri siyasi statusundan sui-istifadə etməsin. İnsanların etibarından sui-istifadə edib dələduzluğa yol verməsin”.

VİDADİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …