Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Manşet / Partiya sədrindən “Laba” ya sərt ittiham – “Heydər Əliyevin əsgəri mənəm, yoxsa sən?”

Partiya sədrindən “Laba” ya sərt ittiham – “Heydər Əliyevin əsgəri mənəm, yoxsa sən?”

Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov öz Feysbuk səhifəsində Sədərək gömrüyünün sabiq rəisi “Laba” ləqəbli Mübariz Pənəhovu sərt tənqid edib. Azinforum.az həmin yazını təqdim edir:

“Heydər Əliyevin əsl əsgəri mənəm, yoxsa “Laba”?

Ümummilli Lider Heydər Əliyevin doğumu günü ilə əlaqədar “Laba” ləqəbli Mübariz Pənahovun “Baku Tv” – yə verdiyi videomüsahibəyə baxdım. Mübariz deyir ki, bu gün də özünü Heydər Əliyevin təmənnasız əsgəri sayır. Ən maraqlısı budur ki, “Laba” özünü Heydər Əliyevin mühafizəçisi kimi təqdim edir. O, heç vaxt Heydər Əliyevin mühafizəçisi olmayıb. Sadəcə, zamanın nəbzini tutmağı bacarıb, milyoner oldu. Uzun müddət Sədərək gömrüyünə rəhbərlik edib, yanacaq alverinin başında durub. Məgər Heydər Əliyev ideologiyası budur? Addan istifadə elə, get çap , tala, sonra milyoner ol və bunu dahi liderin əsgəri olmağınla pərdələ. Onda biz neçə əsgərik? Heydər Əliyev və onun ailə üzvləri haqda 30 kitabın müəllifiyəm. Bu yolda miyonlarımı xərcləyib, hazırda kirayədə yaşayıram. İndi Heydər Əliyevin əsgəri mənəm, yoxsa “Laba” ?”

Səslənən fikirlərlə bağlı Mübariz Pənəhovun da mövqeyinə yer verməyə hazırıq.

Həmçinin oxuyun

Estetik klinika rəhbərindən plastik cərrah Sirus Qoçxaniysə sərt sözlər – Video

VMR estetik klinikasının rəhbəri Vüsal Həsənov İran əsilli plastik cərrah Sirus Qoçxaninin səsləndirdiyi “ Türkiyəli …