Bazar , Fevral 25 2024
Ana səhifə / Manşet / Özünü sistemdənkənar sayanların seçkidən yayınmaq bəhanəsi…

Özünü sistemdənkənar sayanların seçkidən yayınmaq bəhanəsi…

Özünü sistemdənkənar müxalifət (əsl müxalifət) sayan partiya sədrləri və siyasilərin bəyanatlarından belə başa düşdüm ki, onlar müxtəlif bəhanələrlə bu dəfə də İlham Əliyevlə yarışmaqdan boyun qaçıracaqlar.

Artıq belə bəhanələr ortaya atılıb. Deyillər ki, İlham Əliyev heç kimdən məsləhətləşmədən, seçkini saxtalaşdırmaq üçün növbədənkənar seçki təyin edib. Götürək ki, İlham Əliyev taktiki baxımdan öz xeyiri üçün bu gedişi edib.

İndi özünü əsl müxalifət sayanlar boykot yolunu tutmalıdır? Bəyəm ölkədə növbədənkənar seçki ilk dəfədir keçirilir ki, bunu boykot üçün əsas arqument sayırlar? Bundan əvvəlki prezident və parlament seçkiləri növbədənkənar olmayıb? Əsl siyasi mübarizə budur ki, istənilən fors-major vəziyyətə hazır olasan.

Etiraf edək ki, İlham Əliyev hazırda karyerasındakı ən pik reytinq dönəmini yaşayır. Bu şəxsin rəhbərliyi altında Qarabağ kimi qlobal mahiyyətli problem kökündən həll olunub. Sirr deyil ki, hətta ən şəffaf seçki keçirilsə belə hazırkı göstəricələrə görə, İlham Əliyevə qalib gələ biləcək müxalif lider yoxdur. Güya seçki vaxtında, yəni bir il sonra keçirilsəydi, özünü sistemdənkənar müxalifət sayan liderlər ona qalib gələcəydi?

Yəni birmənalı şəkildə görünür ki, İlham Əliyevin bu manevri etməsi daxili deyil, sırf qlobal faktorlorla əlaqəlidir. Bunu izah etmək isə başqa bir yazının mövzusudur. Bir sözlə, ya atılan əlcəyi qəbul edib, döyüşə girin, ya da zəif olduğunuzu açıq etiraf edin ki, sizə texniki məğlubiyyət versinlər.

Təbiidir ki, belə olanda sizin yerinizi özünüzü konstruktiv müxalifət sayan, ancaq ürəklərində və real fəaliyyətlərində İlham Əliyevi sevən və dəstəkləyən partiya sədrləri tutacaq. Seçkidən sonra isə onlar İlham Əliyev kimi reytiqli siyasətçiyə uduzmaqları, onunla alternativ olmaq şansını əldə etmələri ilə fəxr edəcəklər.

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

Oğlu əsgərlikdə, özü isə soyuq və torpaq evdə yaşayan tənha ana kömək istəyir

Cəlilabadın Ocaqlı kənd sakini, 41 yaşlı Şəfa Nurəddin qızı İsmayılova əlillik ala bilmədiyindən şikayətlənir. O, …