Şənbə , Fevral 24 2024
Ana səhifə / Manşet / Özgə materiallarına istinad etmədən İP rekordu qırmağa nə var ki…

Özgə materiallarına istinad etmədən İP rekordu qırmağa nə var ki…

Ələt-Astara yolunda “Vita” markalı mikroavtobusun saatda 200 sürətlə hərəkət etdiyinə dair videogörüntüləri ilk dəfə Azinforum.ax olaraq biz paylaşmışıq. Dünən hər iki avtomobilin sürücüsü ( “Vito” və onun arxadan çəkən) mənimlə əlaqə saxladı. Dedilər ki, onları DYP -nin Salyan postunda saxlayıblar.

Sürücülərdən biri mənə dedi ki, onu həm cərimə edirlər, həm də ondan videonun silinməsini istəyirlər. Əks təqdirdə onun avtomobilini buraxmayacaqlarını deyirlər. Buna görə, DYP rəhbərliyi ilə əlaqə saxladım. Mənə belə bir mövzunu işıqlandırdığıma görə təşəkkür etdilər və dedilər ki, sürücünün avtomobillərini çəkib, görülən tədbirlə bağlı məlumatla birlikdə bizə göndərəcəklər, sonra da sürücünü sərbəst buraxacaqlar.

Sürücü də bizimlə əlaqə saxlayıb dedi ki, Salyan postunda polislər onun və maşının video və fotosunu çəkiblər, o da qayda pozduğunu və peşmançılıq keçirdiyini etiraf edib, cərimə protokolunu da yazıblar. İndi görürük ki, İP reytinqlərini qıran Oxu.az adlı sayt bu mövzunu bizə istinad etmədən işləyib.

Hətta videomuzu elə kəsiblər ki, loqomuz düşməsin, yerinə də öz loqolarını yapışdırıblar. DYP-nin sözcüsü Rövşən Tağıyev isə bütün məlumatı və şəkilləri bizə deyil, Oxu.az saytına göndərib. Özgənin əziyyətini mənimsəmək üzərində qurulan əla əməkdaşlıq formatıdır.

Belə İP yığmağa nə var ki… Bir faktdı deyim ki, bizim sosial şəbəkə hesablarımızda paylaşılan videolara heç də Oxu.az-dan az baxmırlar. Gələn dəfə səhfimizi düzəldərik. Loqonu elə qoyarıq ki, materialı bir daha istinad vermədən öz adınıza çıxa bilməyəsiniz. Yuxarıda qeyd etdiklərimi sübut edən linkləri yazıya əlavə edirik. Çalışın hallalıq prinsipini pozmayın, bu, həm də günahdır!

Azinforum.az

Həmçinin oxuyun

Britaniyada Cavanşir Feyziyevin 85 milyonluq əmlakının dondurulması işinə baxılır

Britaniya Ali Məhkəməsi fevralın 22-də azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri …