Cümə , Noyabr 27 2020
Ana səhifə / Köşə Yazarları / Özbək milyarder və bizim şəhid ailəsinə bir torba ərzaq verib, sonra şəkilini çəkib yayan varlılar…

Özbək milyarder və bizim şəhid ailəsinə bir torba ərzaq verib, sonra şəkilini çəkib yayan varlılar…

Özbək əsilli bir milyarder var : adı Əlişir Usmanovdur. Varidadı 20 milyard dollar həcmində qiymətləndirilir. Rusiya və Böyük Britaniyanın ən varlı adamı sayılır. İngiltərənin məşhur futbol klubu olan “Arsenal”ın əsas sahiblərindəndi. Olduqca xeyriyyəçi adamdır.

Heç vaxt da etdiyi xeyriyyəçilikdən danışmağı sevmir. Bunun səbəbini etiqat etdiyi İslam dinində qəbul edilən normalarla izah edir ki, sağ əlin verdiyini – sol əl bilməməlidir.

Hazırda Rusiya vətəndaşı olsa da, döğulduğu Özbəkistanda yaradılan Koronavirusla Mübarizə Fonduna 20 milyon dollar pul köçürüb. Onun etdiyi geniş miqyaslı xeyriyyəçiliklərdən saatlarla danışmaq olar. Belə əməllərindən birinə diqqət edək: Nobel mükafatı laureatlarından biri pulsuzluq səbəbindən öz ördenini hərraca çıxarıb satırmış.

Əlişir Usmanov nəhəng elm adamının medalının pulunu ödəyib alır və gətirib onu sakitcə verir Rusiya Elmlər Akademiyasına . Şərti də belə olur ki, çağırıb xüsusi təmtəraqla Nobel medalını sahibinə qaytarsınlar. Təsəvvür edin ki, bunu heç vaxt tanımadığı adama görə edib.

Bizim bəzi imkanlı adamlar isə xalqın bu çətin pandemiya günündə canını Vətən üçün qurban verən şəhid ailəsinə : bir kletka yumurta, bir az şəkər tozu və makaron verir, amma onun da şəkilini çəkib sosial şəbəkədə paylaşır, saytlara göndərir ki, xəbər etsinlər. Başqalarına baxıb, örnək götürün, bəlkə onda etdiyiniz ucuz özünüreklama görə ölüb və sonra yerə girməyi haqq etdiyinizi qəbul edərsiniz.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ağsunun icra başçısı vəfat etdi

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib. Azinforum.az xəbər verir ki, …