Ana səhifə / Manşet / Öz direktorunu məhkəməyə verən müavin danışdı: “Əmək haqqımız tam və düzgün hesablanıb ödənilmir”

Öz direktorunu məhkəməyə verən müavin danışdı: “Əmək haqqımız tam və düzgün hesablanıb ödənilmir”

Kollektivdə yaranan narazılıq səbəbindən 11 nömrəli Uşaq Gənclər İdman Məktəbinin direktor müavinin həmin təhsil müəsissəsinin rəhbərini məhkəməyə verməsi barədə məlumat vermişdik. İddiaçı tərəf olan Əlövsət Əliyevlə əlaqə saxlayıb məlumata aydınlıq gətirdik

Əlövsət müəllim, hazırda həmin məktəbdə hansı vəzifəni tutursunuz?

-1996-cı ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət görsədən “Təhsil” Respublika İdman Mərkəzi vardı. Son 24 ildə həmin Mərkəzin  rəhbər sturukturlarında bir sıra vəzifələrdə çalışmışam. Mərkəzin direktor müavini, İnzibati təsərrüfat və kadrlar şöbəsinin rəisi, 20 il Mərkəzin Zaqulba Tədris İdman Bazasının direktoru, hal- hazırda  Mərkəzin 11 nömrəli Uşaq Gənclər İdman Məktəbinin direktor müavini vəzifəsində işləyirəm.

  –  Bizim aldıgımız  məlumata görə siz işlədiyininz məktəbin direktorunu məhkəmiyə vermisiniz?

   – Sizin məlumatınız dogrudur. Bir az dəqiqləşdirsək, mən işlədiyim məktəbi hüquqi şəxs qismində məhkəməyə vermişəm. Hesab edirəm ki, cavabdeh qismində məktəbin direktoru çıxış etməli olacaq.

Əgər sirr deyilsə tələbiniz nədən ibarətdir və sizi bu addımı atmaga nə vadar edib?

-Əslində mənim məhkəmə müzakirəsinə çıxardıgım məsələ kifayət qədər sadə və şəffaf olan bir mövzudur. Bu mövzunun məhkəmə baxışına çıxarmağa zərurət belə yox idi. Sadəcə, məktəb direktorunun hüquqi biliyinin olmaması, direktor işlədiyi məktəbin hansı statusa aid oldugunu bilməməsi nəticə etibarı ilə  bəsid və sadə bir məsələni məhkəmə predmetinə çevirdi.

 –  Söhbət nədən gedir?

Söhbət mənim və əksər kollektiv üzvlərinin əmək haqqının pozulması və hökumətimiz tərəfindən ayrılmış əmək haqqının tam və düzgün hesablanıb ödənilməməsindən gedir. Bu mövzuda dəfələrlə kollektiv üzvülərinin və mənim əmək haqqımızin düzgün hesablanıb verilməməsi barədə müraciət eləmişəm, lakin heç bir nəticə əldə olunmadı.

   – Azərbaycanda direktor müavininin direktoru məhkəməyə verməsi ənənəsinə nadir halda rast gəlinir. Bu barədə nə deyə bilərsiniz?

     – Ola bilsin ki, hansısa direktor müavininin və əksər kollektiv üzvlərinin bizim qədər  hüquqları pozulmayıb.

Sizcə atdıgınız bu addım sizin iş karyeranıza hər hansı bir problem yaratmıyacaq ki?

  – Bilirsiniz Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə idarə olunan hüquqi dövlətdir, demokratiq prinsiplər əsasında fəaliyyət görsədir. Məhz bu prinsiplərə və ölkə Prezidenti cənab İlham Əliyevin çagrışına və yürütdüyü siyasətə arxalanaraq bu addımı atmışam. Narahatçılıga da, heç bir əsas görmürəm.

Sizcə, məhkəmədə qalib gələ biləcəksiniz?

  –  Bilirsiz qalib gəlmək üçün elə bir qaranlıq məsələ yoxdur. Sadəcə, mən direktor müavini və bir jurnalist olaraq məktəb direktorunu rəhbərlik etdiyi məktəbin hansı kateqoryaya aid oldugunu və statusunun nədən ibarət oldugunu anlata bilmədim. Əminəm ki, möhtərəm hakim bi işə obyektiv yanaşması ilə, bizə yardımçı olacaq. Mənim və sevimli kollektivimizin 2 ilə yaxın davam edən pozulmuş əmək hüquqlarımızın bərpa olunması barədə qərar qəbul edəcək.

     –  Təşəkkür edirik

 – Çox sag olun, mən də sizə təşəkkür edirəm

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …