Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Manşet / “ORDUMUZUN DƏQİQ ZƏRBƏSİ İLƏ ARAİK ARUTUNYAN AĞIR YARALANIB” – “Gizləndiyi bunker vurulub” + FOTO

“ORDUMUZUN DƏQİQ ZƏRBƏSİ İLƏ ARAİK ARUTUNYAN AĞIR YARALANIB” – “Gizləndiyi bunker vurulub” + FOTO

“Şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir”.

Azinforum.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır: “Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən burdan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Ariavk Artunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”.

Həmçinin oxuyun

Hikmət Hacıyev: Ermənistan Bərdəni kasset mərmiləri ilə atəşə tutub

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə …