Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / “Ordubadlı Əmir” dostu Ceyhunu necə öldürdüyünü ilk dəfə Azinforum.az-a açıqladı – 29 əvvəlki sensansiyalı qətl

“Ordubadlı Əmir” dostu Ceyhunu necə öldürdüyünü ilk dəfə Azinforum.az-a açıqladı – 29 əvvəlki sensansiyalı qətl

“Orddubadlı Əmir” bu ad çoxlarına yaxşı tanışdı. Moskvadakı “Bauman” bazarının və bir çox iri ticarət obyektlərinin sahibidir. Bəziləri onu “kriminal dünyanın” adamı kimi tanısa da, özü bu təqdimatla razılaşmır. Deyir, həyat elə gətirib ki, onun adı müxtəlif cinayət işlərində hallanıb, özü bunu istəməsə belə. Özünü uğurlu bir iş adamı sayır.

Azərbaycan və keçmiş SSRİ-nin kriminal dünyasında “Ordubadlı Əmir” adı Moskvada törətdiyi bir qətl hadisəsindən sonra daha da məşurlaşdı. Düz 29 il əvvəl o, Moskva şəhərində öz uşaqlıq dostu sayılan, kriminal aləmdə “Ordubadlı Ceyhun” adı ilə tanınan şəxsi odlu silahdan açdığı atəşlə qətlə yetirir. Həmin qətl hadisəsi ilə bağlı illər uzunu müxtəlif rəvayətlər danışılıb, fərziyələr irəli sürülüb. Əmirin özü isə bu barədə indiyə qədər ətraflı heç bir açıqlama verməyib.

Əmir 2000-ci illərdən daimi olaraq Ordubadda yaşamağa başlayıb. Dünyanın müxtəlif yerlərində olduğu kimi, Ordubad rayonunda da böyük biznes obyektlərinə sahibdir. Onun Vasif Talıbovun qardaşı ilə yaxın dostluq münasibətində olduğu bildirilir. Özü də bunu inkar etmir, ancaq deyir ki, aralarındakı ilk tanışlıq təsadüfən Moskvada yaranıb. Əmir bildirir ki, indiyə qədər o dövlətdən bir qəpik də olsun kredit, subsidiya almayıb.

Ancaq kənarda qazandığı pulları Ordubada yatırıb. Bizimlə əlaqə saxlamağa onu adını Ceyhunun qətli ilə bağlı çəkdiyimiz səbəb vadar edib. Beləliklə , Azinforum.az saytı olaraq, “Ordubadlı Əmirin” çox sensasion bir etiraf məktubunu dərc edirik. Əmir bəy bizdən xahiş etdi ki, onun mövqeyini saytda Ordubaddakı “Cümə” məscidinin şəkili ilə verək. Səbəbini də belə izah etdi ki, qoy həmin məscid hər şeyin düz danışıldığına bir ilahi məsuliyyət müəyyənləşdirsin:

“Hörmətli Məhəmmədəli bəy. Rəhmətlik Ceyhunun ölümü haqqinda ötən günlərin birində çıxış etdiniz. 1994-cü il, 10 avqustda Ceyhunla aramda olan insident nəticəsində, Ceyhun rəhmətə getdi.

Mərhumun üzərində 2 silah var idi. Hadisə yerində olan hal şahidləri, öz gözləri ilə gördülər ki,mərhum mənim haqqımda ağıza alınmayacaq şəkildə, nalayiq ifadələr səsləndirdi. Men ona ilkin olaraq, yumruq zərbəsi endirdim. Yıxıldıqdan sonra, əlini silahına ataraq, mənə hücum çəkmək istədi.

Mən ona təpik zərbəsi endirərək,silahı əlindən aldım. 2-ci silahla məni atəşə tutdu. Avtomobilimi deşik-deşik etdi. Mən artıq mərhumun gözünün “döndüyünü” və məni öldürəcəyini hiss etdim və onun öz silahı ilə özünə atəş açdım. Hətta o, yerə yıxıldığı zaman, mənə yenidən atəş açmaq istədi.

Əfsuslar olsun ki, o artıq atəş açaçaq gücdə deyildi. Atəş öz ayağına açıldı. Mərhum yerindəcə can verdi. Rəhmətlik, Maştağa kəndindən olan 2 qardaşı qətlə yetirib. 1992-ci ildə məhkum olunub, hətta sabiq daxili işlər naziri: İsgəndər Həmidovun dövründə saxta sənəd alınıb və Rusiya Federasiyasına göndərilib. Mərhum ordubadlı Ceyhunla eyni ad və soyadı daşıyan, Seyidov Ceyhun vəfat etmişdi. Vəkil həmin sənədlərə əsasən ordubadlı Ceyhunu azadlığa cıxardı.

Lakin adıçəkilən Ceyhunun aqibəti ilə bağlı hal-hazırda heç bir məlumatım yoxdur. Bu məlumat 1992-ci ildə mənə daxil olub. Allahdan ordubadlı Ceyhuna rəhmət diləyirəm və hər zaman da diləmişəm. Allah şeytana lənət eləsin. Rəhmətlik narkotik aludəçisi olmuşdu. İnsidentin baş verdiyi yer isə şəxsi icarə müqaviləsi əsasında mənim obyektim olub. Rəhmətliyin özü oraya hücum etmişdi. Narkotik aludəçisi dostu, Yaqubla birlikdə.
Mən, Moskva şəhərində tutuldum və məhkəmə prosesi baş tutdu. Məhkəmə qərarına əsasən, vəkilim özünümüdafiə etmə faktlarını ortaya qoydu və mən 1995-ci ildə azadlığa çıxarıldım”.

Biz obyektivliyi qoruduğumuz üçün, Əmir bəyin cavab haqqını tanıyıb, onun mövqeyini olduğu kimi verdik. Yazıda adı çəkilən mərhum Ceyhun bəyin doğmalarına da mövqe ifadə etmək haqqını tanıdığımızı bəyan edirik.

Azinforum.az

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …