Cümə , Oktyabr 30 2020
Ana səhifə / Manşet / Ölkədə saxta uniformalar satan “general” həbs edildi – FOTO

Ölkədə saxta uniformalar satan “general” həbs edildi – FOTO

Özünü Beynəlxalq İnsan Hüquqları Bürosu adlı təşkilatın Asiya təmsilçisi kimi təqdim edən Firdovsi Ələkbərov həbs edilib. Azinforum.az xəbər verir ki, buna səbəb onun dələduzluq əməlləri olub. Qeyd edək ki, ölkədə saxta rütbələrlə olan xüsusi uniformaları müxtəlif qiymətlərə satdığı iddia olunan bu adamın özü “general” formasında gəzib. Bu şəbəkə barədə ilk araşdırma yazıları ilə tanınmış jurnalist Məhəmmədəli Qəribli çıxış edib. Azinforum.az dəqiqləşdirib ki, Firdovsi Ələkbərov Nərimanov Polsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun əməllərindən bir neçə şəxsin zərər çəkdiyi bildirilir. Onlardan biri də Beynəlxalq Diaspor Mərkəzinin (BDM) rəhbəri İsmayıl Ağayevdir. O, Azinforum.az-a Firdovsi Ələkbərovun saxlanıldığını təsdiqləyib. İlkin araşdırma zamanı məlum olub ki, sən demə, Firdovsi Ələkbərovun tərcümeyi halı kriminal keçmişi ilə zəngindir. Onun dəfələrlə məhkumluq həyatı yaşadığı üzə çıxıb. İnternet üzərindən yayılmış məlumatlardan bəlli olur ki, bu şəxsin ölkənin bir çox QHT rəhbərləri, tanınmış şəxslərlə sıx münasibətləri olub. Əldə etdiyimiz məlumata görə. Firdovsi Ələkbərovun yaxın çevrəsi və həmin dəstənin əməllərindən zərər çəkənlərlə bağlı da ciddi araşdırma aparılır. Mövzuya qayıdacayıq…

Çinarə, Azinforum.az

Həmçinin oxuyun

Hikmət Hacıyev: Ermənistan Bərdəni kasset mərmiləri ilə atəşə tutub

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə …