Çərşənbə , May 25 2022
Ana səhifə / Manşet / “Oliqarx”la Səfər Eyvazov arasında “Tik-Tok”dan əldə olunan 16 min dolların “razborkası”- Video

“Oliqarx”la Səfər Eyvazov arasında “Tik-Tok”dan əldə olunan 16 min dolların “razborkası”- Video

“Tik-Tok” platformasında keçirilən yarışmalarda qazanılan pulların bölüşdürülməsi ilə bağlı dəstəkçilərlə tiktokerlər arasında ciddi qalmaqal yaşanır. Sözügedən şəbəkənin Azərbaycan seqmentində ən güclü dəstəkçilərdən sayılan “Oliqarx” niki ilə fəaliyyət göstərən Yunis adlı iş adamı ilə tiktoker Səfər Eyvazov öz aralarındakı pul “razborkasını” hətta canlı yayımda ediblər. Həmin söhbətdən məlum olub ki, Səfər Eyvazov arada olan çentelmen raIlaşmasını pozaraq , qazanılan 16 min dolları tək mənimsəyib.
Qeyd edək ki, ilk dəfə bu şəbəkənin qaranlıq fəaliyyətini tanınmış jurnalist Məhəmmədəli Qəribli ifşa edib. Həmin araşdırmalardan sonra jurnalist şəbəkənin təqib və təzyiqlərinə məruz qalıb. Hazırda özləri-özlərini ifşa edən şəbəkə üzvləri Məhəmmədəli Qəriblinin tam haqlı mövqedə olduğunu öz etirafları ilə təsdiqləmiş olurlar. Azinforum.az özünüifşa sayılan söhbətin səs yazısını təqdim edir:

Həmçinin oxuyun

Sərhəd zabiti olan çempion Rəsul Cunayev gənclərimizə hansı mənfi örnəyi göstərir?

Fotoda gördüyünüz bu şəxs Azərbaycanın tanınmış güləşçisi Rəsul Cunayevdir. O, idman sahəsində ciddi uğurlara imza …