Şənbə , Avqust 20 2022
Ana səhifə / Manşet / Novxanıda dəniz məmur “işğal”ından təmizlənir – Sumqayıtın Baş memarı çətin durumda – Video

Novxanıda dəniz məmur “işğal”ından təmizlənir – Sumqayıtın Baş memarı çətin durumda – Video

Ötən həftə Bakının Xəzər rayonunun Buzovna kəndi çimərliyində insanların çimərliklərə çıxışına mane olan hasarların, baryerlərin və şlaqbaumların sökülməsi işlərinə başlanılıb və görülən işlər çərçivəsində ərazidəki ən hündür hasar olan milyonlarla dollarlıq villanın hündür beton hasarı sökülüb. Yerli sakinlərin verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküntü işləri davam edir və iş tempi daha da sürətləndirilir. Sahilin hasarların əsarətindən azad edilmiş ərazisi ictimai çimərliklərə birləşdiriləcək. Yerli sakinlər həmin əraziyə baş çəkib və orada simvolik piknik ediblər.

Ancaq bu cür paylaşımların altında maraqlı şərhlərə rast gəlirik. Novxanı qəsəbəsinin sakinləri və digər vətəndaşlar iddia edirlər ki, dənizin daha çox zəbt edilən ərazisi məhz Novxanının payına düşür. Onlar sual edir: bəs Novxanı nə vaxt hasarlardan və restoranların “işğalından” azad ediləcək?


Azinforum.az-ın məhz Novxanı ərazisindəki dəniz sahilində apardığı araşdırmadan sonra məlum oldu ki, Novxanıda dəniz tam olaraq dəniz kənarında tikilən otellər, restoranlar tərəfindən “işğal” edilib. Novxanın əsas dəniz sahili Sumqayıt şəhərinin inzibati ərazi vahidinə aiddir. Maraqlıdır, dənizin sahilini tam zəbt edən ərazidəki özbaşına tikintiyə icazəni kim verir? Bütün bu tikililər uzun müddətdir Sumqayıt İcra Hakimiyyətində baş memar işləyən Adil Xudadatovun icazəsi əsasında ərsəyə gəlib. Mərhum Prezident Heydər Əliyev tərəfindən qəbul edilmiş bir qərar var ki, hətta dənizin 100 metrlik məsafəsində belə tikintilərin aparılmasına icazə verilmir. O qərar hələ də qüvvədədir. Görünən budur ki, Adil Xudadatov kimi məmurlara bu qanunun icrasından daha çox şəxsi mənfəətləri daha maraqlıdır. Qeyd edək ki, Adiı Xudadatovun adı bundan əvvəl də bir çox qanunsuzluqlarda hallanıb.

Sumqayıtda Dənizkənarı Bulvar və şəhərin əsas girişində abadlıq və yenidənqurma işləri həyata keçirən iş adamlarının külli miqdarda vəsaitinin ödənilməməsində də məhz bu məmur təqsirli bilinirdi. Yəqin ki, Xəzər sahillərinin məmurların işğalından azad edilməsi tədbirləri Adiı Xudadadtovun vəziyyətini gərginləşdirəcək. Çünki milyonlarla dəyəri olan obyektləri sökülən sahibkarlar məcburdur ki, gedib bunun izahını tikintiyə icazə verən Xudadatovdan tələb etsin.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Cərrah Anar Əmrahın səhlənkarlığı əməliyyat etdiyi xəstənin ölümünə səbəb oldu – Video

Tanınmış cərrah Anar Əmrahın Respublika Diaqnostika Mərkəzində etdiyi əməliyyat zamanı yol verilən tibbi nöqsanlar xəstənin …