Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Nizami rayonunda “Jek” müdiri ticarətçilərlə birləşib əhaliyə zülm edir – Eldar Əzizova şikayət

Nizami rayonunda “Jek” müdiri ticarətçilərlə birləşib əhaliyə zülm edir – Eldar Əzizova şikayət

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev  pr,  105 saylı binanın sakinləri Azinforum.az İnformasiya Portalına şikayət ərzəsi  ilə müraciət ediblər. Şikayət ərizəsində bildirilir ki, onlar ətrafda olan ticarət şəbəkələri və biznes subyektləri ilə əlbir olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Cəbrayılov Firdovsinin əlindən dinc yaşaya bilmirlər. Bizə təqdim edilən məktubun sürəti Bakı meri Eldar Əzizova və Nizami Rayon İcra Hakimiyyətinin başçısını da ünvanlanıb. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Yazıb sizə bildiririk ki, binamız “Xalqlar Dostluğu” metrosunun yaxınlığında “Laçın Ticarət Mərkəzi”nin yanında yerləşir. Bina bir bloklu, 17 mərtəbəli, 68 mənzildən ibarət bir giriş-çıxışlıdır.

Neçə illərdir, “Laçın Ticarət Mərkəzi”nin və ətrafda olan ticarət obyetlərinin (“Elit” çay evi və binanın altındakı gözəllik salonları) işçiləri və müştəriləri binanın həyətindən dayanacaq kimi istifadə edirlər. Dəfələrlə maşınlarımıza zərər vurmuş və ya düzgün parklama etməyərək yolu bağlamışlar. Həyətdən çıxmaq üçün saatlarla gözləməli olmuşuq. Axşama qədər, biz bina sakinləri öz həyətimizə girib-çıxa bilmir və öz avtomobillərimizi həyətdə saxlaya bilmirdik. Qeyd etdiyimiz səbəblərə görə, dəfələrlə mübahisələr yaranmış və bu mübahisələr dava-dalaşa səbəb olmuşdur. Onu da bildirmək istəyirik ki, binanın arxa hissəsi – “Laçın Ticarət Mərkəzi” tərəf şlaqbaum vasitəsilə zəbt edilib və ora maşınla giriş bina sakinləri üçün məhdudlaşdırılıb.

Bir neçə il bundan əvvəl, biz bina sakinləri birləşib öz vəsaitimiz hesabına binamızın girişinə şlaqbaum düzəltdirdik və fövqəladə hallar ilə əlaqədar bina sakinlərimizin nəzarəti altında istifadə etməyə başladıq. Onu da qeyd edək ki, binamızın həyətindən heç bir yol strukturu keçmir və yalnız bina sakinlərinin girib-çıxması üçündür. 

Bir neçə gün bundan əvvəl, binamızın yanındakı 107 saylı binanın 1-ci mərtəbəsində pəncərə hissəsinin sökülərək yeni tikilən obyekt üçün qapı açılmasından sonra Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Cəbrayılov Firdovsi İbadulla oğlu bina sakinlərindən şlaqbaumun pultunu tələb etməyə başladı və pultun verilməyəcəyi təqdirdə şlaqbaumu sökdürəcəyini bildirdi. Biz bina sakinləri olaraq ona, “Elit” ticarək obyektinin sahibində pultun olduğunu bildirdik və bina sakinlərindən başqa heç kəsə pult verilməməsi qərarına gəldik.

16.12.2022 ci il tarixində səhər saatlarındahansı qurum olduqlarını belə demədən bir neçə şəxs və özünü Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi kimit əqdim edən, polis polkovnik-leytenantı ilə birgə, həyətdə Nizami Rayon İcra Hakimiyyətinin göstərişi olduğunu deyərək bina sakinlərinin vəsaiti ilə quraşdırdığımız şlaqbaumu etirazlarımıza baxmayaraq söküb apardılar.

Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Cəbrayılov Firdovsi İbadulla oğlunun əsas səlahiyyətinə aid olan, binamızdan 3 metr aralıda yerləşən və mütəmadi olaraq “Laçın Ticarət Mərkəzi”nin və “Elit” ticarək obyektinin tullantıları ilə dolub-daşan zibil yeşiklərindəki anti-sanitar vəziyyətlə məşğul olmaqdansa, şəxsi maraqlarına və prinsip xatirinə 68 mənzilli binanın 400-ə yaxın sakininin narazılığına səbəb olan hərəkəti, bina sakinlərinə mənəvi təsiredərək çox hiddətləndirmişdir. Dəfələrlə, sakinlərin müraciətinə baxmayaraq, nə zibil qutuları həmin ərazidən götürülmüş, nə də ətrafı hər hansı şəkildə əhatələnmişdir. Əlavə olaraq da bildirmək istəyirik ki, Cəbrayılov Firdovsi İbadulla oğlu bir neçə ay bundan əvvəl, binamızın 18- ci mərtəbəsində (lift motorları və kommunal xəttlər yerləşən hissədə) icazəsiz ev tikdirmək istəyirdi və biz sakinlərin şikayəti ilə tikinti dayandırıldı.

Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, bina sakinlərinə köməklik etməyinizi və şəxsi maraqlar naminə işləyən şəxslər barədə tədbir görməyinizi sizdən xahiş edirik.

105 saylı binanın sakinləri”.

Azinforum.az olaraq bildiririk ki, yazıda səslənən ittihamlarla bağlı adları çəkilən qurum və şəxslərin də mövqeyinə yer verməyə hazırıq.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …