Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Nazirlik “Azinforum”un yazısına rəsmi reaksiya verdi – İy yayan fermanın rəhbərliyinə xəbərdarlıq olundu…

Nazirlik “Azinforum”un yazısına rəsmi reaksiya verdi – İy yayan fermanın rəhbərliyinə xəbərdarlıq olundu…

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azinforum.az-ın qaldırdığı problemə reaksiya verib. Nazirliyin adından Azinforum.az-a göndərilən məktubu təqdim edirik:

“Bakının Xəzər rayonunun Zirə qəsəbəsindəki quşçuluq fermasının fəaliyyəti nəticəsində ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, idarənin əməkdaşları tərəfindən Zirədə yerləşən quşçuluq ferması ətrafında bir neçə dəfə monitorinq keçirilib. Atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və nəticələr norma daxilində olub: “Lakin ətrafa yayılan iy-qoxu ilə bağlı fermanın rəhbərliyinə tez bir zamanda iy-qoxu yaradan tullantıların təmizlənməsi və düzgün idarə olunması üçün xəbərdarlıq edilib”. Departament direktorunun sözlərinə görə, xəbərdarlığa əməl olunmadığı təqdirdə quşçuluq fermasının daxili istehsalat prosesinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyinə müraciət olunacaq və tullantıların idarə olunması vəziyyəti araşdırılacaq.

Samir, Azinforum.az

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …