Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Manşet / Nazim Sabiroğlunun fantaziyalarını oxuyub ağlamaq, yoxsa səfərdə iştirak edən jurnalistlərdən reallığı əks etdirən yazı tələb etmək…

Nazim Sabiroğlunun fantaziyalarını oxuyub ağlamaq, yoxsa səfərdə iştirak edən jurnalistlərdən reallığı əks etdirən yazı tələb etmək…

Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərli reallaşandan sonra maraqlı proseslər yaşanır. Ümumiyyətlə bu layihədə iştirakla bağlı cəmiyyətdə yekdil fikir yoxdur. Ermənistan rəhbərliyinin sülhü təhdid etdiyi indiki məqamda mübadilə proqramının lazımsızlığı ilə bağlı fikirlər daha üstünlük təşkil edir. Bunu qoyduq kənara.

İndi gəlin kimlərin prosesdə qalib, kimlərinsə məğlub çıxdığına aydınlıq gətirək. Proqramda hər tərəfdən 3 jurnalist iştirak edib. Erməni jurnalistlər hələ burda səfərdə olanda yazılar yazır, reportajlar edib, müxtəlif fotolar paylaşırdılar. Ölkələrinə gedəndən sonra isə “dərin” siyasi məzmunlu yazılar yazaraq, öz dövlətlərinin zəif olan mövqeyini gücləndirməyə çalışırlar, Azərbaycanı güya siyasi aspektdən səhv yolda olduğuna dair açıq qeydlər edirlər.

Bizim 3 jurnalist isə yazmaq istəmirdi. Sosial şəbəkələrdə olan tənqidlərdən sonra, nəhayət biri yazdı. Həmin yazını oxudum, sanki bu adamı Ermənistana sosial yönümlü reportaj hazırlamağa göndəriblər. Adam tramvaydan, yollardan yazıb. Digər ikisi yazmasa və ya bunun kimi yazsa, prosesdən yenə ermənilər qalib ayrılacaq.

Bizim cəmiyyətin bir reaksiyası da məni dərindən təəccübləndirdi. Jurnalist həmkarımız Nazim Sabiroğlu bu proqramın reallaşdığı ərəfədə bir yazı yazdı. Yazıya düzgün təqdimat vermədiyi üçün, oxuyanların hamısı elə başa düşdü ki, Nazim bəy də layihədə iştirak edib və Şuşada olub. Əksəriyyətin buna reaksiyası bilirsiniz necə oldu? Dedilər ki, orda iştirak edən jurnalistlər bundan sonra heç nə yazmasa da olar. Cəmiyyətimiz fantaziyaya uyaraq, Nazim Sabiroğlunun mözuya nöqtə qoyduğu qənaətini özündə hasil etdi.

Sonra Nazim bəy çıxıb dedi ki, səfərdə iştirak etməyib, sadəcə, fantaziyalarını qələmə alıb. Biz bu cür həssas məsələdə reallığa üstünlük verib, səfərdə olan jurnalistlərdən hesabat xarakterli yazı tələb etmək əvəzinə, fantaziyanı oxuyub, ağlmağa üstünlük verdik. Düzmü etdik? Axı biz nə vaxta qədər fantaziyalara inanmalı olacayıq?

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rəsmi İrəvan xalqa geri çəkildiyini açıqladı

İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. “Qafqazinfo” xəbər …